Cabbarın həbsi özünüsenzuranı necə azaldır?

Cabbar Savalanın tutulması ilə bəzi məsələlərdə dəyişikliklər oldu. Nəzərimə çatdıqca yazıram bunlardan.
Cabbar tutulana qədər hesab edirdik ki, özünüsenzura yalnız nəzarətdə olanlar üçündür. Amma indi aydın oldu ki, senzuraya düşən sözlər müəyyənləşdirilib və bütün şəbəkə boyu bunlar axtarışa verilir.

Kimdə tapılsa, o adama arzuolunmaz tale yaşatmaq istəyirlər.
Lakin həmişəki kimi savadsızlıqlarındandır, təcrübəsizliklərindəndir, bilmirəm nədəndirsə, yenə də burunlarından uzağı görmürlər. Planlaşdıra bilməyiblər ki, Cabbarın tutulma səbəbini və bəhanəsini prioritet etməklə Cabbarın dəstəkçilərini həmin hərəkətlərə sövq edirlər.
Yəni Cabbarı tutmaqla gösərdilər ki, nədən qorxurlar, nəyi özlərinə təhlükə görürlər, hansı söz deyiləndə hürkürlər.
Hələ də bunlara çatmır ki, hürkən at uzaqabaşı bir-iki nəfəri şıllaqlayıb əzər, əvvəl-axır öz ipini qırıb qaçacaq.
Özünüsenzura da indi başqa itiqamət alıb – taran istiqaməti. Cəsarətli adamlar axtarırlar ki, hansı söz onlara Cabbarın taleyini yaşadar və kütləvi olaraq bu sözlərdən istifadə edirlər. Həmin sözün qorxunc olması mifini sındrırlar.

Comments