İnsanlar nə işlə məşğuldular?



-         “Qaqaş, 1 dəqiqə olar səni? Qardaşımsan, pis başa düşmə, Sumqayıtda qalıram. Qayıtmağa pulu yoxdu. 50 qəpik olar səndə?”
-         “Nəzir demişəm ki, oğlum sağalsa, qapı-qapı düşüb dilənəcəm. Nəyə gücünüz çatır, Allah yolunda verin.”
Belə nümunələrlə tez-tez qarşılaşırıq. Bilmirəm nədir onların dərdi – alkoqolmu, narkotikmi, aclıqmı, yoxsa həqiqətən də yol pulu, Allah qarşısında verdiyi söz?
Səbəbini bilmirəm, amma get-gedə belə variantlar artır.
Bir dəfə qapıya gələn dilənçiyə çörək verdim, götürmədi ki, mənə pul lazımdır. Bu insanlar acından ölmürləsə, nə işlə məşğuldular?

Comments