Böyük ya orta xalq günü? Firuzə Mahmudlu yazır





YAP icra katibinin müavini Mübariz Qurbanlı «APA»ya müsahibəsində deyib ki, 11 mart xalq günü çağırışlarına qoşulan insanlar Azərbaycanda 0.1 faizdən də dəfələrlə az ola bilər. Ona görə də çağırışlar heç bir nəticə verməyəcək». Odur ki, cənab Qurbanlı “Bakı şəhərində hansısa kütləvi iğtişaşın, hərəkatın baş verəcəyini təsəvvür belə etmir”. Daha sonra iddia edilib ki, “onlar avtoxuliqan və narkomanlardır”, “erməni əsilli gənclərdir” və s.

Internetden oxuyuram: “YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP hazırda 520 mindən artıq üzvü ətrafında birləşdirir. Partiya üzvlərinin 39,6%-ni gənclər təşkil edir (!). 1995-2005-ci illərdə Gənclər Birliyinin üzvlərinin sayı 25 mindən 135 min nəfərə, son beş ildə isə 208 min nəfərə çatıb. YAP üzvü olan gənclərin 80 895 nəfəri ali təhsillidir”.
O zaman sayğıdəyər YAP-ın bu qədər təşfişə düşməsinə nə hacət? Bir neçə gün öncədən həbslərə, təqiblərə başlanması, metrostansiyaların bağlanması, universitetlərə giriş-çıxışın məhdudlaşdırılması, təqaüdlərin kəsilməsi ilə hədələnmələr, TV kanallarda əks-təbliğatlar və s. Mən onların yerinə olsaydım qürurla deyərdim ki, BIZ SIZIN 0.1 % GƏNCINIZIN QARŞISINA 208 000 YAP ÇI GƏNC ÇIXARA BILƏRIK, LAZIM GƏLSƏ!
Başqa vaxt üzvlərinin sayını birəbeş şişirdib gözümüzə soxan YAPın bu dəfə əlacı, deyəsən, qarşı tərəfin rəqəmini kiçiltməyə qaldı. YAP niyə 208 000 gəncinə güvənmir axı? Niyə 80 895 ali təhsilli gənc üzvünə arxalanmır? O 208 000 rəqəminin necə formalaşdığı, daha doğrusu formalaşdırıldığı isə hamıya məlumdur. Şəxsən mən tələbə olan dövrdə zorla “patoku” yığıb aparır, YAP a üzv edərdilər.
“Erməni əsilli gənclərimiz” isə... bax onlar “narkoman”, “avtoxuliqan” gənclərimizin beyninə “aksiya”, “etiraz” kimi fikirlər doldurur. Qoymurlar avtomobillə show-larını göstərsinlər. Niyə narkoman gənclərimizi “yuxudan” ayıldırsız? 20 faiz torpağımızın işğal edildiyi az deyil, indi də gənclərimizin beynini, fikrini işğal etmək istəyirlər? YAPın rəşadetli və cəsarətli 208 000 gəncini görməməzlikdən gəliblər deyəsən.
Azadliq Radiosunda TUTATUT verilisində Fəzail Ağamalı danışır: “Bu “Böyük xalq günü” nə deməkdir axı? Bəyəm kiçik, orta xalq günü də var?”. Guya adı “orta xalq günü” olsaydi fərqlimi reaksiya verəcəkdi hakimiyyət? O zaman polis tutmayacaqdı gəncləri, o zaman metrolar bağlanmayacaqdı? O zaman Abel müəllim tələbələrin təqaüdünü kəsməklə hədələməyəckdi? Problem təkcə “böyük” sözündədirmi? Başa düşürük siz bütün “böyük günləri” öz adınıza yazmaq istəyirsiz hər zaman, yazmısız da. Qoyun neçə ilin başında bir dəfə orta xalq istədiyi kimi bir gün keçirsin də, nolar? Bəlkə ürəyində sizə deyiləsi nəsə sözü var.

Comments