Hisslər ağılı məğlub edəndə...



Bir müddətdir, 19-cu əsr rus ədəbiyatı ilə tanış oluram. Oxuduqlarımın hamısında Rusiyanın biabırçı vəziyyəti görsənir. Ac-yalavac insanlar, çirkli, rəzil həyat...
Bu videoaya baxanda dərhal həmin əsərlərin beynimdə yaratdğı səhnələr gəldi gözümün önünə.
YOXsul insanlar...acından ölməmək üçün ən ağır şəraitdə işləmək...çirk... mundarlıq...dözülməz həyat...
İnsanlar elə vəziyyətə düşüblər ki, qarınlarından başqa nəyisə düşünmələri xeyli çətinləşib və təbii ki, geyimləri daxil olmaqla xarici görünüşlərinə heç fikir vermirlər. Nəticədə cır-cındırın içində həyatda qalmaq üçün sürünmə dərəcəsində mübarizə aparan insanlar görüntüsü yaranır...
Bütün bunların fonunda məmur özbaşınalığı...milyonları olan adamların YOXsuldan sonuncu qəpiyi də almaq üçün ağlagəlməz vəhşiliyi...
Vəziyyətin dözülməzliyi yıxılan qadının rolikin axırlarına yaxın düşdüyü vəziyyətdən görünür. Görün, qadını nə hala salıblar ki, naşatırı burnuna dirəyib saxlasalar da, heç cürə ayılmır, eləcə başı kəsilmiş toyuq kimi çabalayır. Təsəvvür edin, ən aşağı səviyyəli iş şəraitində çalışmağa razı olan, demək olar, hər şeylə razı olan insana nə ediblər ki, onun sinirləri tab gətirməyib.
Ağıl “bir az da döz” deyib, hisslər isə üsyan edib, beyin normal fəaliyyətdən imtina edib...
O qadının çırpınmağı heç zaman yadmdan çıxmayacaq.

Comments