Məni sıçmağa məcbur edən şeylər



Əvvəl deyim ki, bura təkrarçılıq olmasın deyə indiyə qədər çox işlənmiş mövzuları salmıram. Yəni “camaatın anası-bacısı var; ciddiyəm, kədərliyəm; bizim şanlı keçmişimiz var; Şərq hamamı inkişaf etdirəndə avropalılar ildə bir dəfə çinirdilər” və s..

-         Biz türk xalqıyıq, türk oğlu türkük;
-         Erməni xalqı hamısı bir nəfər kimi bizə düşməndir;
-         Hər şeyin səbəbkarı ermənilərdir – keçən il Saatlıda kütləvi çəyirtkə qırğınını da, Kür daşqınını da, Yaponiya zəlzələsini də, arvadların Dubaya, kişilərin Rusyətə satılmasını da, əsgərlərimizin bir-birlərini anal yolla zorlamasını da... hamısını ermənilər hazırlayıb, törədiblər;
-         Amerika elə demokratikdirsə, İraqda elədikləri nə idi bəs?;
-         Bizim mentalitetimiz yaxşıdır, zəmanəyə görə insanlar ondan pis istifadə edirlər;
-         Hitler bizi işğal etsə, SSRİ-dəkindən daha yaxşı yaşayardıq;
-         Qadınlar zəifdilər, onlara avtobusda yer, sırada növbə verilməlidir;
-         Anan avtobusda ayaq üstə qalsa, sən yaşda biri yer verməsə, sənə necə təsir edər?;
-         Əsgərliyə getməyən oğlanı kişi hesab etmirəm – bunu xüsusən qadınlar deyəndə;
-         Facebok-da söyüş söyəndə nəzərə al ki, dostluğunda xanımlar var;
-         Hamısı boş şeylərdi, guya sən mitinqə çıxmaqla nə olasıdı – bunu xüsusən özünü müxalifətçi kimi təqdim edənlər deyəndə...

Comments