Qəhrəmanlıq Firuzə Mahmudlu yazır




Sadəcə şəxsi fikirlərimi ifadə edəcəm. Yazmadan öncə çox düşündüm. Çox təpki alacağımı bilirəm. Amma dediyim kimi subyektiv fikirlərim olacaq. Toxunacağım mövzü  Mubariz Ibrahimov olacaq. Milli qəhrəmanımız.
Bu hadisəyə iki cür vətəndaş mövqeyim var – insan olaraq və torpaqları işğal olunmuş Azərbaycan vətəndaşı olaraq.

Öncə insan olaraq düşünürəm ki, məsələyə baxanda qarşımda belə mənzərə canlanır: 1 insan 30 insanı (kimliyi və milli mənsubiyyətinin önəmi yoxdur, söhbət ümumi olaraq insan ölümündən gedir) öldürür və buna görə qəhrəman adı alır. Bunu anormal hesab edirəm.
Ikinci, məsələyə millətçilik aspektindən yanaşmaq: hamimiz bilirik və bu faktir ki, biz nə qədər çalıssaq da, dünya erməni tərəfi inanır (ya da inanmır, özünü elə göstərir). Biz haqq səsimizi dünyaya çatdıra bilmirik. Və dünya bizi məhz erməni tərəfin təqdim etdiyi kimi, yəni “vəhşi” kimi tanıyır. Biz Mübariz İbrahomovun və Ramil Səfərovun etdiklərini hər nə qədər qəhrəmanlıq kimi qəbul etsək də, bu qəhrəmanlıqlar daha çox hansı tərəfə xeyir gətirir? Düşünürəm ki, erməni tərəfə. Yuxarıda qeyd etdiyim kimi, zatən bizi dünyaya “vəhşi” kimi təqdim edən ermənilərin əlinə daha bir “kozir” verilmiş kimi  qiymətləndirirəm. Dağlıq Qarabağ əhalisinin də bunu əlində “bayraq”  edərək “bax görürsüz, azərbaycanlılar “vəhşi”dir, biz onların tabeliyində yaşasaq eyni vəhşiliklə üzləşəcəyik” deyə, Qarabağın bəlkə də baş tutacaq həllinə daha da çətinlik törətmiş olur. Mübariz İbrahimovun və Ramil Səfərovun psixoloji vəziyyətlərini başa düşürəm. Bəlkə onların yerində olsam mən də eyni hərəkəti edərdim. Lakin, bu gün qiymətləndirmə aparsaq hansı tərəfin - Erməni ya Azərbaycan tərəfinin bu məsələdən fayda götürməsi və bunun hansının xeyrinə işləməsi nəticə olaraq qiymətləndirilməlidir deyə düşünürəm. Biz qəhrəman kimi təqdim etdiyimiz Mübariz İbrahimov və Ramil Səfərovu erməni tərəfi Azərbaycanın timsalında dünyaya “barbar”, “vəhşi” kimi təqdim edir.
Ermənistan tərəfinin başımıza gətirdiyi əziyyətlərə, qız-gəlinlərimizə, əsirlərimizə etdiyi işgəncələrə, zülmlərə görə, hətta atəşkəs dövrü olmasına baxmayaraq yenə də, dinc əhalimizi qətlə yetirdiklərinə görə  mən də erməni tərəfə nifrətimi gizlətmirəm. Nifrətim bəlkə hər kəsdən çoxdur, hətta sonsuzdur. Bunlar gözardı edə bilmərik. Lakin, düşünürəm ki, indiki vəziyyətdə Mübariz İbrahimovun yatmış əsgərlərə gecə vaxtı hücum etməsi Azərbaycanımızın adına “mənfi” damğa vurdu və onların əlinə özlərini “haqlı” kimi sübut etmək üçün daha bir imkan verdi (yalniş anlamayın, mən onların haqlı olduğunu düşünmürəm). Hər kəsə gün kimi aydındır ki, Qarabağ düyününün həlli zatən nə bizim əlimizdədir, nə də erməni tərəfin. Bu məsələ yanlız və yalnız Rusiya istədiyi təqdirdə çözülə bilər. Odur ki, insanlarda qəhrəmanlıq hisləri aşılansa da aşılanmasa da, bu heç nəyi həll etməyəcək deyə düşünürəm. Bilirəm bu fikirlərimə görə hər kəs məni qinayacaq. Lakin gəlin özümüzü aldatmayaq. Məni bu fikirlərimə görə qinayacaq kəsim ilyarım bundan öncə amerikali bir gəncin Qafqazla bağlı apardığı araşdırma zamanı bizə doldurmaq üçün təqdim etdiyi anketdə “ermənistanla aranızdakı münaqişə həll edildikdən sonra ermənistan tərəflə əlaqələrinizi yenidən bərpa etmək istərdizmi?” sualına tanıdığım və özünü vətənpərvər elan edən dostlarım “HƏ, problem həll edilərsə yenidən dost ola bilərik onlarla” deyə cavablandırmışdı.  Zatən, ele belə də olacaq. (mən həmin anketi dolduranda suala “YOX, ermənilərlə əlaqələrimizin yenidən bərpa olunmasını istəmərəm” deyə cavab vermişdim). Burda özünü vətənpərvər kimi göstərməyə çalışanlar da olacaq. Mənə nəyisə sübut etməyə çalışanlar da. Lakin düşünürəm ki, özünü vətənpərvər kimi göstərmək istəyənlərin çoxunun Qarabağ probleminə baxışını çözmüşəm. Onların əksəriyyəti Qarabağ probleminə “vətən”, “millət” anlayışları, baxışları ilə yanaşmır. Çünki söhbət düşəndə, müzakirə aparanda aydın olur ki, onlar məsələyə “erməni-müsəlman” davası kimi baxır. Məni düşündürür: erməni bizim torpağımızı müsəlman olduğumuz üçünmü işğal edib? Əgər belədirsə, bu münaqişə digər müsəlman dövlətlərini nə dərəcədə maraqlandırıb? Onların 20 ildir bu problemə reaksiyasının şahidi olmusunuzmu? Və ya bizə dəstəyini hiss etmisinizmi? Deməli, problemi “erməni- müsəlman savaşı” kimi qiymətləndirənlər sabah Qarabağ uğrunda savaşa “vətən” “millət” “torpaq” hisləri ilə atılmayacaqlar.

Comments