İqtidarın qarşısında Həsən Kərimov qayası

Bu iqtidarda insanlıqda əsər-əlamətin olmamasına şübhə edənlərə əla zərbə gəldi.
Həsən Kərimov...
Bu adamın nə əzablar çəkdiyini bilənlər var. Məlumat üçün deyim ki, Həsən bəyin 2 oğlu vardı. İkisini də eyni vaxtda itirdi. Yaşlarının ən gözəl çağında... 20-lərinin sonlarında...
Onlardan başqa övladları yox idi. Bu bədbəxtliyə aid hər yazı, hər müsahibə məni ağladıb. Amma mən insanı ən dözümlü canlı sayıram. Həsən bəy və xanımı da dözdülər. Nəinki dözmək, Həsən bəy rejimə qarşı mübarizəni də dayandırmadı.
Bu vicdan, dözüm simvolu qarşısında pafossuz baş əyməyə dəyər.
Amma iqtidar neyləyir? – Ən rəzil hərəkətlərindən birini də Həsən Kərimova qarşı işlədir. 2003-cü ildən bəri dəbdən düşmüş metodla – evə basqın etməklə apardılar onu. Bəy 3-cü dəfə infakt keçirdi. Ölüm ayağına düşdü.
Əli Kərimlinin əlindən tutub deyir ki, Türkiyəyə gedəcəm, məni öldürmək istəyirlər... Bir şey yaza bilmirəm. Nə istəyirlər bu adamdan? Anlamaq sadəcə mümükün deyil. Nə nümayiş etdirirlər bizə? Hansı audutoriyaya apellyasiya edirlər bununla?
Sadəcə qəhərdən boğulub cavab tapa bilmirəm.

http://www.azadliq.org/content/article/3545442.html

Comments