Xalqın məzə deşiyi



Azərbaycan respublikasının rəhbərləri adlanan (ən azından formal da olsa, bu vəzifəni daşıyan) şəxslərdən əbdürrəhman vəzirovun danışığı camaat arasında lağlağıya çevrilmişdi və onun bəzi cümlələri zərb-məsəl kimi tostlarda, çayxanalarda, bəzən iclaslarda işlənirdi. İndi də işlənə bilər, amma əvvəlkinə nisbətən çox azdır. Bu azalmanın səbəbi bu gün ağlıma gəldi.
Əvəz tapılıb. Artıq lağlağı obyekti olacaq söz deyən yeni rəhbər var – ilham heydəroviç. Vəzirovun yenə kimlər arasındasa səmimi hörməti var (idi), amma bu yazığın, deyəsən, yalnız İngiltərə şahzadəsi yanında hörməti var.
“camaatı qazlaşdıran”, “yumurtalarımızı” ucuzlaşdıran, toyuqlarla bu iş barəsində şəxsən məşğul olan, “bardak maşınlarımızın” plyonkalarını sökdürən, ağac qırmağı “qadaqan” edən, “xamının” qayğısına qalan, ağcabədini işğaldan azad edən ilham əliyev əsl çayxana lağlağılarının mövzusu, şəkililər demiş xalqın məzə deşiyidir.
P.S. kim istəsə, dırnaq arasındakı sözlərə əlavələr edə bilər.
P.P.S. başqa məzə deşiklərimiz də var, hansı ki, bunlar hamısı əliyevin, sadə desək, işçiləri sayılır (formal olaraq) – vasif talıbov, rasim dəmirçiyev və s..

Comments