Antikommunistlər üçün 40 faydalı məsləhət




Müəllif – C. Slavyanski

1. Həmişə təkid edin ki, marksizm gözdən düşüb, köhnəlib, ölüb və dəfn edilib. Ardınca bu “ölü” atın üzərinə gedərək iş həyatınızın istirahəti üçün gəlirli karyera qurun.

2. Yadda saxlayın: “kommunist” rejimində baş verən istənilən qeyri-təbii ölüm yalnız dövlətin rəhbərliyi ilə deyil, həm də marksizm ideologiyasına görə baş verir. Qeyri-kommunis dövlətlərində eyni səbəbdən baş verən ölüm hadisələrini inkar edin.


3. kommunizm və ya marksizm – bu, məhz sizin istədiyiniz kimidir. Ölkələri, hərəkatları, rejimləri onların faktiki qiymətlərindən, elan olunmuş ideologiyalarından, diplomatik münasibətlərindən, iqtisadi siyasətlərindən və ya mülkiyyətə münasibətindən asılı olmayaraq “kommunist” deyə damğalamaqdan çəkinməyin.

4.  Əgər kommunistlər hansısa konfliktə cəlb olunublarsa, bütün qurbanlar kommunizmin təqsirinə yazıla bilər. Yalnız İkinci Dünya müharibəsi ilə ehtiyatlı oun. Faşist hərəkatı Sovetlərə və kommunist partizanlara qarşı döyüşüb – bu, yaxşıdır, lakin çalışın, nasist Almaniyasını açıq tərifləməyəsiniz. Əgər bu, sizə vacibdirsə, bunu fərdi söhbətlərə saxlayın.

5. Siz qərar verirsiniz ki, marksizm “əslində nədir” və kommunizmin qanuni təmsilçiləri kimlərdir. Qeyri-səmimi olaraq təsvir edin ki, Stalin hakimiyyəti Trotskidən oğurlamışdır, baxmayaraq ki, hər ikisindən zəhləniz gedir.
 
6. daim Corc Oruelli xatırladın. “Heyvanıstan”dan və “1984”dən sitatlar gətirin. Oruellin heç vaxt Sovet İttifaqında olmamasına və hər iki kitabın bədii əsər olmasına görə narahat olmayın.

7. Demoqrafiyanı və ardıcıllığı nəzərə almadan uzun qurbanlar siyahısı sadalayın. Acından 3 milyon ölüb? 7 milyon? 10 milyon? Heç bir yoxlamanınn olmaması sizə daha yaxşı olsa da, kiminsə sizi yoxlamasından qorxmayın.
8. Kimsə kommunist rejimində nə vaxtsa, həbsdə olubsa, heç bir cinayətdə təqsirli bilinə bilməz. Kommunistlər yalnız öz mərhəmətli mesajlarını dünya ilə bölüşmək istəyən günahsız şairləri və siyasi mühazirəçiləri həbs ediblər.

9. Stalinin bütün etdikləri və ya etmədikləri – hamısı hansısa gizli, qəddar səbəbdən olub. Vəssəlam.

10. 9-cu bəndin ruhuna uyğun olaraq Stalin hər şeyə qadir olub, hind Allahı Vişnanı təcəssüm etdirə bilib, 1924-53-cü illərdə baş verən bütün hadisələr üzərində tam hakimiyyətə malik olub və Sovet İttifaqında baş verən hər şeyi bütünlüklə təmsil etmə haqqına sahib olub. Bu dövrdə baş verən bütün hadisələr Stalinin iradəsi ilə olub. Stalin öz epoxasının cinayət işlərinin hər birinin bütün detallarını dəqiqliyi ilə bilib və özünün hüdudsuz qəddarlığına görə onlarla heç bir bağlılığı olmayan və həmin mövqelərdə heç vaxt çalışmayan təqsirsiz kütlələrə heç bir səbəbsiz atəş açıb. Hər şeyə qadir, tabeliyindəki on minlərlə adamın təqdim etdiyi informasiyalardan asılı olmayıb.

11. Bu günə qədər kapitalist rejimlərində baş verənlərə görə “kommunist” rejimlərini daim təqsirləndirilin.

12. Təsdiqləyin ki, marksizm özünün mümkün gələcək cəmiyyət təsvirlərinə görə utopikdir. Müxtəliflik üçün əlavə edin ki, marksizm kommunist cəmiyyətinin detallarına qədər necə görünəcəyini təsvir etmədiyinə görə məhv olub. Burada ciddi ziddiyyətin olduğuna fikir verməyin.

Marksizmi dini inam, messianlıq, ağlınıza gələn digər ruhi labuda kimi adlandırın. İnsanlar belə oxşarlıqları faktiki hər bir siyasi ideologiya və dində tapanda onları inkar edin.

14. yadda saxlayın ki, klassik antikommunist hücum 2 addımdan ibarətdir. Əvvəlcə, işləmədiyini təsdiq edərək poststalin dövrünün iqtisadi sistemini ifşa edin. İnformasiyalı rəqib hər şeydən öncə göstərsə ki, əsl sosialist iqtisadiyyatı faktiki Stalin erasında işləyib, özü də pis işləməyib, onda insan hüquqları mövzusunda bu eraya hücum edin.

15. 2 söz – insanın mahiyyəti. İnsanın mahiyyəti nədir? Sizin qiymətləndirmənizə görə insanın mahiyyəti siyasi sitemlərin və ideyaların sizin xoşunuza gəlmədiyini, sizə görə yanlış olduğunu cəld izah etməkdir.

16. Bolşevik inqilabı zorakılıq və qantökmıə ilə reallaşdırılıb. Bütün burjua inqilabları isə demokratik referendumla gerçəkləşdirilib və heç bir zorakılıq olmayıb.

17. Hər zaman “azadlıq” və “demokratiya” sözlərindən istifadə edin. Sizdən tələb olunur ki, onları müəyyənləşdirəsiniz – etiraz etməyin.

18. Kommunistlər bizim konkret vilayətdə məşhur olanın lehinə və ya əlehinə ola bilərlər. Əgər siz kütlənin hüquqları barədə nəsihət edirsizsə, onda kommunistlər degenerasiya və homoseksuallıq tərfdarıdırlar. Əgər daha səviyyəli audutoriyadırsa, onda kommunislər homofobdular. əslində isə kommunistlər eyni zamanda mənəvi degenaratlar və puritanlardır. Yenə də əks münasibətə fikir verməyin.

19. Stalini Molotov – Ribbentrop paktına görə daim bezdirin ki, nasist Almaniyaya, faşist İtaliyaya, imperial Yaponiyaya ABŞ, Böyük Britaniya və Fransa tərəfdən ciddi dstəyi və əməkdaşlığı müharibəyə qədər və hətta müharibə başlayandan sonra bir-neçə addımda tamamilə inkar edirdi. Həmişəki kimi, hücuma uğramamaq üçün əks fikirlilərə paktın məzmununu araşdırmağa imkan verməyin.

20. Qərbi Avropanın yeni tapılmış “azadlığı” üçün dua edin. Miqrasiyaya görə depopulyasiyanı, çoxalmadan imtinanı, nəhəng alkoqol və narkomaniya problemini, siyasi qeyri-stabilliyi, vətəndaş müharibələrini, etnik təmizləmləri, seks-traffiki və uşaq fahişəliyini, mütəşəkkil cinayətkarlığı, intiharların yüksək həddini, işsizliyi, xəstəlikləri və s.-ni inkar edin. Kimsə bunları xatırlatsa, sizin söz azadlıöınız var?!

21. Daim kommunist millətlərində qorxu mədniyyəti,  gecəyarısı məlum “qapı döyülmələri” haqqında xatırladın. “Gecəyarısı qapı döyülməsini və narkotikdə təqsirləndirilərək yataqdan lülə altında çıxarılmağınızı” (Amerikanın narkotiklərlə mübarizədə normal təcrübəsi) inkar edin.

 
22. Kommunistləri dini sıxışdırmaqda danlayın. İslam fundamentalistlərini sekulyar olmamaqda danlayın. Ziddiyyət hardadır?

23. Bu ironiyaya fikir verməyin – ABŞ hal-hazırda da Əfqanıstanda özlərinin maliyyələşdirdikləri və dəstəklədikləri, hətta ilk qələbələrini təmin etdikləri rəqiblərinə qarşı inanılmaz bahalı və məğlub müharibə aparır.

24. Davam edən və sürətlə pisləşən müasir problemlərlə qarşıladıqda nə deməlisiniz? AZADLIQ!! (rəqib əl çəkənədək lazım olan qədər təkrar edin.)

25. “Kommunistlər”dən gələn heç nəyə etibar etmək olmaz. Yalnız bu sizin əlinizdə deyilsə, Xruşşovun 1956-cı il “gizli danışıqlar”ına və ya Trotskidən yazılmış nəyə isə istinad edin.

26. Kommunist liderlər “paranoik” olublar, çünki əksinqilab təhlükəsinə bu qədər diqqət ayırıblar. Bu təhlükənin hər bir halda real olduğunu göstərən Şərq blokunda kapitazlimin bərpası ilə bağlı sübut dağını inkar edin.

27. Kommunist liderlər heç vaxt populyar olmayıblar. Əgər əksini iddia edən sübutlar olsa, insanların beyninin  yuyulduğunu bildirin. Bu tədbirlər üçün büdcə və məntiq qiymətləndirmələrindən bezməyin.

28. Kommunist propaqandası kobud və primitivdir. Kimsə “Qırmızı dünya”nı  və ya daha betərini misal çəksə, C.Edqard Quverin “Dinsiz kommunistlər” komikslər seriyasını xatırladıb qaçın.

29. Kommunistlə qarşılaşana qədər “azadlıq” və “plüralizm” naminə sekulyarizmi tərifləyin. Kommunistlə qarşılaşanda isə din kartından istifadə edin.

30. Qeyri-kommunist rejimlərdə baş verən vəhşiliklər, ümumiyyətlə bütün xoşagəlməz hadisələr xesusi “pis adamlar”ın səhvləridir. “Kommunist” rejimlərində baş verən bütün pis hadisələr ideologiyanın və sistemin səhvidir. Həm də Stalinin.

31. Antikommunist olmaq o deməkdir ki, heç bir ideologiya daşıyıcısı olmaya bilərsən. Vaxtının 90%-ini populist sol psevdososialistlər məsləhət verirsən, sonra kapitalist sistemini “Stalin Rusiyası” ilə müqayisə edirsən (əgər siz predmeti öyrənməyibsinizsə, “1984”ü və “Heyvanıstan”ı oxumanız kifayətdir.) Vaxtın 99%-ini kapitalizmi söyün, lakin imkan verməyin ki, kimsə kommunizmi alternativ kimi göstərsin. Faşistlərin əlavə hüquqları? Kapitalizmin mədəni degenrasiyasına daim təəssüflənin, tarixi millətçiliyə yaxınlığınız istisna olmaqla heç bir aydın səbəb olmadan marksizmin fanatik əleyhdarı olaraq qalın.

32. Əgər anarxistsinizsə, ideologiyanızın bütün tarixiniz boyu baş verən hadisələrin tənəzzülünə əsaslandığını inkar edərək marksizmin “tənəzzül etdiyini” təkid edin. Bütün bu müvəffəqiyyətsizliklərin məsuliyyətini kommunistlərin və ya hökmran hərbi gücün boynuna yıxın. Ən ideal cəmiyyətin reasksiyalardan müdafiə oluna bilməyəcəyi halda dəyərsiz olduğu faktını inkar edin.

33. Neonasistlər? Kommunizm yəhudiləri və bastaları düşünüb!!

34. Neohippi? Tibet.

35. ABŞ-ın Çinlə Nikson tərəfindən əsası qoyulmuş münasibətlərini və kapitalist Çinin müasir ABŞ iqtisadiyyatında oynadığı rolu inkar edərək daim Maonun vaxtında olan soyqırımı mühakimə edin. Əgər sizə Çini tərifləmək lazımırsa, o – kapitalist ölkədir, söymək lazımdırsa, hələ “kommunist”dir.

36. Xatırladın ki, marksizm imkanlara əsaslanmır. Düzdür, neoliberalizm, “demokratiya” və “azadlıq” da əsaslanmır, ama bu barədə narahat olmayın.

37. Həmişə bildirin ki, yerinə, ölkəyə, tarixi dövrə, keşmiş təcrübəyə və bütün digər faktorlara baxmayaraq kommunistlər Stalin Rusiyasının müasir surətini yaramaq istəyirlər və bütün bunla sizin öz anlayışınıza görədir.

38. Sehrli sözü öyrənin – “totalitarizm”. Bu, sizə iki rəqib ideologiyanı birləşdirməyə imkan verir – kommunizm və faşizm.

39. İnkar edin ki, sosialist ölkələr nə qədər bazar iqtisadiyyatı islahatları həyata keçirsəslər, bir o qədər iqtisadi problemləri olur.

40.  Rəqəmlər barədə və ya tarixi kontekstdə mübahisə edərkən “rəhmsiz tiran”, “qəddar qatil” və s. kimi etiketlərdən istifadə edin. Yadda saxlayın ki, Stalin kimi insanlar kütləvi qətllər törədən qatillər olublar, çünki  onlar bütün bu insanları öldürüblər, və biz bilirik ki, bütün bu insanları onlar öldürüblər, çünki onlar kütləvi qətllər törədən qatillər olublar. Bunlar hamısı beləcə davam edir!


Comments