QIRMIZI TERROR

Sovet Rusiyasında Qırmızı terror kütləvi həbslər kampaniyası və bolşeviklər tərəfindən həyata keçirilmiş cəzalar idi. Sovet tarixşünaslığında Qırmızı Terrorun 1918-ci il, 2 sentyabrda Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq, Serqey Melqunovdan başlayaraq bir-çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi (1918-1922) dövrünü əhatə etdiyini qeyd edirlər. Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan gizli polis – Tseka tərəfindən bolşevik hərbi kəşfiyyat agentliyi (GRU) ilə birgə həyata keçirilib.

“Qırmızı terror” termini əslində Fransa İnqilabının 1794-cü il, 28 iyulda başa çatmış “Terror idarəçiliyi”nin  (Robespyer tərəfindən həyata keçirilib) son 6 həftəsini təsvir etmək və bu dövrü sonrakı “Ağ Terror” dövründən ayırmaq üçün istifadə olunub (tarixdə bu dövr Böyük Terror (fransızca: la Grande Terreur) kimi tanınır).


Məqsəd
Xalq Komissarları Soveti ölkəni ağ terrordan müdafiə etmək üçün təcili fövqəadə tədbir adlandıraraq qırmızı terror haqqında qətnamə qəbul etdi. Tseka rəhbəri Dzerjinski izah etdi ki, bu addım “heç nədir, lakin ən kasıb kəndlilərin və proletariatın qiyamda bütün cəhdləri sınamaq və qələbə qazanmaq üçün arzusunun ifadəsidir”. SSRİ Prokurorluğu və KQB-sinin bir izahatında vurğulanır ki, “Qırmızı Terrorun icrası xarakterinə görə məhdudlaşdırılmışdır. 1918-ci ilin sentyabr-oktyabr aylarında bu terror mahiyyəti üzrə bütün ölkədə başa çatdı.” “Qırmızı Terror haqqında” fərmanda nəzərədə tutulurdu ki, bu, “terror anlamında arxa əraziləri qorumaq üçün mütləq vacibdir.” Tseka “Ağ Mühafizənin təşkilatlarına, sövdələşmələrinə, üsyanlarına cəlb olunmuş bütün adamları vurmalıdır.” Qətnamə xəbərdarlıq edirdi ki, “bütün əksinqilabçılar və onlarla əməkdaşlıq edənlərin hamısı Sovet liderlərinin və inqilab ideyaları mübarizlərinin” həyatlarına qəsd cəhdində təqsirləndiriləcəklər.
“Biz ürəyimizi Azadlıq mübarizlərinin qanında və əzab odunda möhkəmlədəcəyimiz polada çevirəcəyik. Biz ürəklərimizi qəddar, sərt və möhkəm edəcəyik, belə ki, ona heç bir mərhəmət girməyəcək və beləliklə onlar düşmən qanından olan dənizin kənarında lərzəyə düşməyəcək. Biz bu dənizin bəndlərini laxladacağıq. Leninin və Uritskinin, Zinovyevin və Volodarskinin qanı üçün qoy burjuaların qanı sel olsun, mümkün qədər daha çox qan.”
1918-ci il 1 sentyabrda Bolşevik qəzeti “Krasnaya qazeta”da  Qırmızı Terrorun başlanmasının elanı.

Qırmızı Terror Ağ Terrora cavab vermək üçün elan olunmuşdu. Bu kampaniyanın əsas məqsədi xalq düşmənləri hesab olunan əksinqilabçılarla mübarizə idi. Əksər rus kommunistləri elan edirdilər ki, Qırmızı Terror köhnə “istismarçı sinif”lərin bütöv sosial qruplarını qırmaq üçün lazımdır. Lenin əvvəl də terrora istinad etmişdi. 1908-ci ildə Lenin Portuqaliya kralı I Karlosun sui-qəsdi haqqında yazırdı: “Biz Portuqaliya kralının başına gələnlərə təəssüf edirik. Orda sui-qəsd elementi açıq görünür. Aciz terror əsas məqsədinə çatmadan qısa sürür – sayəsində Böyük Fransa İnqilabının məşhur olduğu orijinal, məşhur, həqiqi regenerativ terror kimi”.
1917-ci ildən Lenin də Marks kimi daim “Dövlət və İnqilab” əsərində göstərdiyi inqilabi diktaturaya çağırırdı. Marks proletariat diktaturasını əsaslandırmış, Lenin isə inkişaf etməmiş Rusiya şəraitində çəkic və orağın simvolizə etdiyi fəhlələrin və kasıb kəndlilərin diktaturasını irəli sürmüşdür. Halbuki canıyanan alimlər qeyd edirlər ki, Marks və Lenin indiki birpartiyalı qeyri-demokratik  idarəçiliklər anlamında “diktatura” nəzərdə tutmayıblar. İsaak Doyçer (İsaac Deutscher) vurğulayır:
“Əlbəttə ki, Sovet hökuməti “proletariat diktaturası” olmalı idi. Bu, fəhlə sinfinin sosial və siyasi üstünlüyünü ifadə edir, lakin üstünlüyün ifadə olunduğu məna qarışdırılmamalıdır. Boşeviklər digər sosialist alimlər kimi “burjua diktaturaları” tipində Qərb parlament demokratiyasını təsvir etmək istəyiblər, hansı ki, onlar həqiqi diktatorial qaydada idarə etmədən burjuaların sosial üstünlükləri təcəssüm etdirirlər.”
1918-ci ilin sentyabrının ortalarında kommunist lider Qriqori Zinovyev elan etdi:
“Düşmənlərimizə qalib gəlmək üçün bizim özümüzün sosialist militarizmimiz olmalıdır. Biz ardımızca Sovet Rusiyasının 100 milyon əhalisinin 90 milyonunu aparmalıyıq. Bizim onlara deyəcək bir sözümüz yoxdur. Onlar məhv edilməlidirlər.”
Əksər insanların günahları aktiv əməlləri yox, sosial statusları idi. Martin Latsis, Ukrayna Tseka-sının rəhbəri “Qırmızı Terror”u qəzetə izah edir:
“Sovetlər əleyhinə silahla və ya sözlə çıxma və ya çıxmaması üçün ittiham sənədlərinə baxmayın. Ondan birbaşa soruşun ki, o hansı sinfə mənsubdur, keçmişi nədir, təhsili, peşəsi nədir. Bunlar ittihamın taleyini təyin edən suallardır. Bu, Qırmızı Terrorun mənası və mahiyyətidir.”


Tarixi
Kütləvi repressiya kampaniyasına Petroqrad Tsekasının rəhbəri Moisey Uritskiyə sui-qəsdə və 1918-ci il 30 avqustda Fanni Kaplan tərəfindən Leninə sui-qəsd cəhdinə görə rəsmi cəza kimi təşəbbüs göstərilmişdir. Yaraları sarınarkən Lenin təlimat vermişdir: “bu, vacidir – gizlicə və qəddarcasına terroru hazırlamaq.” Hətta sui-qəsdlərdən əvvəl Lenin Nijni Novqorodda qalxmış sivil etirazlara cavab vermək və Penzada hərbi dəstələr tərəfindən bəzən vəhşiliklə taxılları tətləb olunmuş torpaq sahiblərinin etirazlarını “əzmək” üçün, “kütləvi terror tətbiq etmək” barədə teleqramlar göndərirdi.
“Yoldaşlar! Sizin 5 rayonda qalxan kulak mərhəmətsiz əzilməlidir… Siz bu adamları nümunəyə çevirməlisiniz. (1) Ən azı 100 kulakı, varlı əclafları və tanınmış qaniçənləri asın (mən insanların görməsi üçün ictimai yerdə asmağı nəzərdə tuturam). (2) Onların adlarını yayın. (3) onların bütün taxıllarını götürün. (4) Dünənki teleqramımdakı təlimatlarıma görə girovları tək saxlayın. Bunların hamısını edin ki, millərlə ətrafda insanlar bunları görsünlər, anlasınlar onu, qorxularından əssinlər, onlara deyin ki, biz qaniçən kulakları öldürürük və biz belə də davam edəcəyik… Sizin Lenin. P.S. Sərt insanlar tapın.”
Uridskiyə sui-qəsddən sonra “devrilmiş siniflərin nümayəndələrindən” 500 nəfəri bolşevik kommunist hökuməti tərəfindən dərhal edam edildi. Qırmızı Terrorun ilk rəsmi sui-qəsdi “İzvestiya”da çap olunmuşdu, 1918-ci il 3 sentyabrda “İşçi sinfinə müraciət” fəhlələri “əksinqilabçıların xofunu kütləvi terrorla dağıtmağa!... Sovet rejimi əleyhinə cüzi bir şayiə yaymağa cürət edən hər bir kəsi dərhal edam etməyə və konslagerə göndərməyə” çağırırdı. Bu, 1918-ci il 5 sentyabrda Tseka tərəfindən qəbul olunmuş “Qırmızı Terror haqqında” dekretlə təsdiqlənmişdir. 15 oktyabrda çekist Qleb Bokiy Qırmızı Terrorun rəsmi sonunu elan etdi və bildirdi ki, Petroqradda 800 təsdiq olunmuş düşmən güllələnmiş, digər 6229-u həbsə alınmışdır. “Həftəlik Tseka” və digər rəsmi nəşrlərdə çap olunmuş bütün cəzalanmış insanların siyahılarına əsasən ilk iki ayın tələfatı 10.000-15.000 arasında olmuşdur.
Vətəndaş müharibəsi qızışdıqca “mülkədar sinfi”nə məxsusluqları əsasında cəzalandırılmış məhbusların, şübhəlilərin və girovların ciddi sayı bolşeviklər tərəfindən işğal olunmuş şəhərlərdə aşağıdakı kimi idi:
Xarkovda 1919-cu ilin fevral-iyun aylarında 2000-2000 arası edam olunan olmuşdur, daha 1000-2000 nəfər həmin ilin dekabrında şəhər yenidən işğal olunanda edam olunmuşdur; Rostov-na-Donda 1920-ci ilin yanvarında təxminən 1000 nəfər; Odessada 1919-cu ilin may-avqustunda 2200 nəfər, 1920-ci ilin fevralı ilə 1921-ci ilin fevralı arası 1500-3000 nəfər; Kiyevdə 1919-cu ilin fevral-avqustunda ən azı 3000 nəfər; Yekaterinodarda 1920-ci ilin avqustu ilə 1921-ci ilin fevralı arası ən azı 3000 nəfər; Kubandakı balaca şəhər Armavirdə 1920-ci ilin avqust-oktyabrında 2000-3000 nəfər. Bu siyahını getdikcə uzatmaq olar.
General Pyotr Nikolayeviç Vrangelin 1920-ci ilin sonunda məğlubiyyətindən sonra Leninin Krıma, Bela Kuna gəlişi ilə cəmi 50.000 hərbi dustaq və mülki şəxs güllələnməklə və ya asılmaqla edam edildi. Onlara təslim olacağı təqdirdə amnistiya vəd olunmuşdu. Bu, Vətəndaş Müharibəsinin ən böyük kütləvi qırğınlarından biri sayılır.
1919-cu ilin 16 martında Tsekanın bütün hərbi qüvvələri vahid “Respublikanın Daxili Müdafiə Qüvvələri” adı ilə birləşdirildi, hansı ki, 1921-ci ildə sayı 200.000 nəfər idi. Bu qüvvələr əmək düşərgələrinə nəzarət edir, Qulaq sisteminə işləyir, qida tələbatını qarşılayır, kəndli üsyanlarını, fəhlə iğtişaşlarını, fərarilər tərəfindən bezdirilmiş Qırmızı Orduda qiyamları yatırdırdılar.
Bolşevik hökuməti üçün Qırmızı Terrorun əsas təşkilatçılarından biri 2-ci dərəcəli Ordu Komissarı əsl adı Kyuzis Peteris olan Yan Karloviç Berzin (1889-1938) idi. O, Oktyabr İnqilabında iştirak etmiş, sonra Tsekanın mərkəzi aparatında işləmişdir. Qırmızı Terror zamanı Berzin fərariliyin və digər “satqınlıq və sabotaj” hərəkətlərinin dayandırılması üçün əsir götürülməsi və onların güllələnməsi təşəbbüsünü göstərirdi. Latviya Qırmızı Ordusunun (sonralar 15-ci Ordu) xüsusi departamentinin rəisi Berzin 1921-ci ilin martında Kronştadtda Rusiya dənizçilərinin qiyamının yatırılmasında rol oynamışdır. Ö, özünü xüsusən, dənizçilərin təqibində, əsir alınmasında və bu əsirlərin güllələnməsində fəal göstərmişdir.

Repressiyalar
Kəndlilər
Tsekanın Daxili Qüvvələri və Qırmızı Ordu kəndlilərin güclü səfərbər olunmuş qüvvələrinin fərarilərinə münasibətdə tez-tez əsir götürülməsi və onların edam olunması kimi terror taktikalarından istifadə edirdi. İnanılır ki, 1919-1920-ci illərdə 3 milyondan çox fərari Qırmızı Ordu tərəfindən öldürülmüşdür. Tseka qüvvələri və döyüş fərariləri üçün yaradılmış xüsusi qüvvələr tərəfindən 1919-cu ildə təxminən 500.000, 1920-ci ildə isə 800.000-ə yaxın fərari həbs olunmuşdur. Minlərlə fərari öldürülmüş və onların ailələri əsir götürülmüşdür. Leninin göstərişlərinə əsasən,
“Fərarilərə geri qayıtmaları üçün nəzərdə tutulmuş 7 günlük son müddət başa çatdıqdan sonra insanları məcbur etmək məqsədilə bu islaholunmaz xainlərə cəzalar artırılmalıdır. Onlara hər hansı yolla kömək edən hər bir nəfər və ailələri girov hesab olunur və müvafiq cəzalandırılır”.
1918-ci ilin sentyabrında Rusiyanın yalnız 20 əyalətində 48.735 fərari və 7.325 quldur həbs olunmuş, 1.826-sı öldürülmüş, 2230-u edam olnmuşdu. Tseka departamentinin tipik raportunda deyilir:
“Yaroslavl vilayəti, 1919-cu il, 23 iyun. Petropavlovskaya volostunda fərarilərin qiyamı yatırılmışdır. Fərarilərin ailələri girov götürülmüşdür. Biz hər ailədən bir nəfəri güllələməyə başlayanda Yaşıllar meşədən qaça-qaça gəlib təslim oldular. Nümunə üçün 34 fərari güllələndi.”
Hesablamalara görə Tambov üsyanı yatırılarkən təxminən 100.000 üsyançı və onların ailələri həbs olunmuş və ya deportasiya olunmuş, 15.000-i isə edam olunmuşdur.
Qulaq-ın başlanmasına işarə edən kampaniyada bəzi alimlərin hesablamalarına görə 1921-ci ilin sentyabrında 70.000 nəfər həbs olunmuşdur (bu rəqəm regionda Tambov kimi üsyanda olan bir-neçə düşərgəni istisna edir). Bu düşərgələrdəki şəraitə görə ölüm səviyyəsi yüksək idi və “təkrar kütləvi qırğın” gedirdi. Tseka Xolomoqri düşərgəsində məhbusları yaxınlıqdakı Dvina çayında batırma praktikasına əməl edirdi. Hərdən bir şəhəri Ağ qüvvələr üçün qoyub gedəndə dustaqları kütləvi güllələyirdilər.

Sənaye fəhlələri

1919-cu il 16 martda Tseka Putilov zavodunu zəbt etdi. Tətil edən 900 fəhlə həbs edildi. Növbəti bir-neçə gündə onlardan 200-ü məhkəməsiz edam olundu. 1919-cu ilin yazında Tula, Oryol, Tver, İvanovo və Həştərxan şəhərlərində bir-neçə tətil oldu. Ac fəhlələr Qırmızı Ordu əsgərlərinə ayrılan ərzağı ələ keçirməyə çalışırdılar. Onlar həmçinin bolşeviklərə edilən güzəştlərin ləğvini, mətbuat azadlığı və azad seçki tələb edirdilər. Bütün tətillər Tseka tərəfindən həbslər və edamlar yolu ilə amansızcasına yatırıldı.
Həştərxan şəhərində tətilçilər və onların tərəfinə keçmiş Qırmızı Ordu əsgərləri barajlara doldurulub, boyunlarında daşla yüzlərcəsi Volqaya buraxıldı. 1919-cu il 12-14 martda 2.000-4.000 arası tətilçi güllələndi və ya batırıldı. Əlavə olaraq repressiyalar 600-1.000 burjuanı da həyatdan məhrum etdi. Son çap olunan arxiv materiallarına əsasən bu, Kronştadt üsyanına qədər bolşeviklər tərəfindən fəhlələrin ən böyük kütləvi qırğınıdır.
Bütün bunlara baxmayaraq tətillər davam edirdi. Lenin Ural regionunda fəhlələrin yaratdığı gərgin situasiyadan narahat idi. 1920-ci il 29 yanvarda o, Vladimir Smirnova bu məzmunda teleqram göndərdi: “mənə təəcüblüdür ki, sən belə yumşaq tədbirlər görürsən və “sabotaj”a görə xeyli sayda fəhləni dərhal edam etmirsən.”

Vəhşiliklər


Bütün bu müddət ərzində bir-çox raportlara əsasən Tseka müstəntiqləri Orlando Fiqsə görə yalnız İspaniya inkvizisiyasında istifadə olunmuş işgəncə metodlarından istifadə ediblər. Odessada Tseka Ağ zabitləri taxtalara bağlayır və onları yavaş-yavaş qaynayan su çəninə və ya sobasına salırdılar; Xarkovda başın və əlin dərisini soymaq adi hal idi: qurbanlarının əllərindən çıxarılmış dərilər “əlcək” olurdular; Voronej Tsekası lüt insanları çəlləklərə sarıyır, içəridən onları mıxlayırdı; Dnepropetrovskda qurbanlar çarmıxa çəkilir və ya ölənə qədər daşlanırdılar; Kremençukda Tseka ruhaniləri məcbur edir və üsyankar fərariləri diri-diri yandırıdılar; Oryolda qış vaxtı küçədə su, insan buz heykələ dönənə qədər onun üzərinə tökülürdü; Kiyevdə Çin Tseka dəstələri bir başı tor tellə bərkidilmiş dəmir boruya siçovulları qoyub borunun digər başını məhbusun bədninə dirəyirdilər, borunu o qədər qızdırırdılar ki, siçovul canını qurtarmaq üçün qurbanın içalatını gəmirsin.
Qırmızı Terror və Rusiya Vətəndaş Müharibəsi zamanı edamlar məhbəslərin zirzəmilərində və ya məhkəmə həyətində, bəzən də şəhər kənarında baş verirdi. Məhkum Tseka icraçılarının götürdüyü paltarlarını və digər şəxsi əşyalarını soyunduqdan sonar ya qrupda pulemyotla, ya da fərdi olaraq revolverlə güllələnirdi. Məhbəsdə öldürülənlər qanda isladılmış meyitlərdən zibilliyə çevrilən məhbəs zirzəmilərinə girəndə boynunun arxasından güllələnirdi. Şəhərdən kənarda öldürülən qurbanlar bağlanmış və tıxanmış halda yük maşınlarında bəzən özləri öz qəbirlərini qazdıqları cəza icra yerinə aparılırdılar.
Edvard Radzinskiyə görə bu, ümumi paraktika idi ki, əri girov saxlayıb gözləsinlər ki, arvadı gəlib öz bədəni ilə ərinin həyatını satın alsın. Tarixçi Robert Qellatelliyə görə kazaksızlaşdırma zamanı kütləvi qırğınlar olub. Pyatiqorsk Tsekası “Qırmızı Terror günü” təşkil edir və şəhərin hər məhəlləsindən kvota götürürdü. Çekist Karl Landerə görə, Kislovodsk Tsekası “yaxşı ideyalardan qıt idi”, “xəstəxanada bütün xəstələri öldürürdülər. Yalnız 1920-ci oktyabrında 6.000-dən çox adam edam olunmuşdu.” Qellatelli əlavə edir ki, kommunist liderlər “etnik zəmində kütləvi qırğınlarını sinfi mübarizə rubrikasına qataraq reallaşdırmağa çalışırdılar.”
Ruhani üzvlər xüsusilə amansız sui-istifadəyə məruz qalırdılar. Siyasi Repressiya Qurbanlarının Reabilitasiyası üzrə Prezident Komissiyasının rəhbəri Aleksandr Yakovlev tərəfindən istinad olunmuş sənədlərə əsasən kahinlər, rahiblər və rahibələr çarmıxa çəkilmiş, qaynayan qatran qazanlarına salınmış, dərisi soyulmuş, boğulmuş, ərinmiş qurğuşunda Kommunaya verilmiş və buzdakı deşiklərdə boğulmuşdular. Yalnız 1918-ci ildə 3.000-i öldürülmüşdür.
                        
Tarixçilərin şərhləri

Stephene Curtois və Richard Pipes kimi bəzi antikommunist tarixçilər bolşeviklrin terrora ehtiyacının olmasını onların ictimai dəstəyə malik olmadıqları ilə əsaslandırırlar. Baxmayaraq ki, bolşeviklər fəhlələr və əsgərlər arasında və onların sovetlərində nüfuza malik idilər, kəndlilər arasında çox az dəstəyə görə Oktyabr inqilabından az sonra keçirilən Konstitusiya Şurası seçkilərində ümumi səsin dörddə birindən azını almışdılar (baxmayaraq ki, Konstitusiya Şurası seçki bülletenlərini əvvəlcədən sağ SR-lərə (bolşeviklərə müxalifətdə idilər) və sol SR-lərə (bir-ço kəndlilərin səsini qazanıb bolşeviklərlə koalisiyada idilər) bölmüşdü). Qırmızı Terrorun amansızcasına həyata keçirildiyi zaman Rusiya fəhlələri tərəfindən kütləvi tətillər keçirilirdi.
Richard Pipes qeyd edir ki, despotizm və zorakılıq marksizmin özündə nəzərədə tutulub. O, bunu belə əsaslandırır ki, marksizmin kommunizm quruculuğunda insan həyatı xərclənməsi müddəasının labüd nəticəsini terror olaraq görür. O, Karl Marksdan sitat gətirir: “İndiki nəsil yəhudilərə bənzəyir, hansı ki onlara Musa səhrada başçılıq etdi. Bu, yalnız yeni bir dünyanın qalib gəlməsi deyil, o, həm də yeni dünyaya yararlı insanlar üçün bir otaq düzəltmək qaydasında məhv edilməlidir.”
Robert Conquest qeyd edir ki, “öz təbii mümkünlüyü əleyhinə cəmiyyətə kütləvi və sürətli transformasiya olunma cəhdləri ilə ideoloji olaraq motivasiya olunmaq üçün görünməmiş terror vacib olmalıdır.”
Buna baxmayaraq Orlando Figes qeyd edir ki, Qırmızı Terrorun labüdlüyü marksizmin özündən yox, Rusiya inqilabının zorakı şərtlərindən irəli gəlirdi. O bildirirdi ki, Lev Kamenov, Nikolay Buxarin və M.S.Olminskinin başçılıq etdiyi xeyli bolşevik olub ki, terroru tənqid ediblər və xəbərdarlıq ediblər ki, “Leninin hakimiyyəti zorla ələ keçirməsi və demokratiyanı rədd etməsi ilə bolşeviklər siyasi tənqidlərini sakitləşdirmək və başqa yola idarə edə bilmədikləri cəmiyyəti zorla zəbt etmək üçün getdikcə terrora keçəcəklər.”
Figes əsaslandırır ki, Qırmızı Terror daha çox kortəbii sinif müharibəsi idi, nəinki bolşevik hökuməti:
“Tarixçilər imtiyazlar uğrunda bu bayağı müharibə ilə Qırmızı Terror arasında əlaqələrə əhəmiyyət verməməyi üstün tuturlar. ... onlar göstərirlər ki, bolşeviklərin buna necə təsiri var – ya təmkinlə öz hakimiyyətlərini qurmaq, bu zaman terror onların rejiminin fundamental əsasına çevrilir (Sağçıların mövqeyi), ya da terror vətəndaş müharibəsinin problemləri və təhdidlərinə qarşı geniş proqmatik münasibətdir (Solçuların mövqeyi). Heç biri kifayət izah deyil. Terror aşağıdan püskürür. O, əvvəldən sosial inqilabın daxili elementi idi. Bolşeviklər təşviq eləsələr də, kütləvi terror yaratmadılar.”
Alman marksist Karl Kautski vurğulayır ki, Qırmızı Terror terorizmin bir forması idi, çünki o, girov götürmək daxil olmaqla mülki əhalini qorxutmaq nəzərdə tutulmuş özbaşınalıq idi. O deyirdi: “Bolşevizmin cavabdeh olduğu hadisələr arasında hər kəsin mətbuat azadlığından məhrum edilməsi ilə başlayıb kütləvi cəzalar sistemində başa çatan terrorizm, əlbəttə ki, hamısından ən parlaq və ən mənfurudur.”
Kommunizmin Qara Kitabında Nicolas Werth birincini bolşevik hökumətinin rəsmi siyasəti kimi qeyd edərək Qırmızı və Ağ Terroru qarşılaşdırır:
“Bolşeviklərin terror siyasəti daha sistematik, daha yaxşı təşkil olunmuş olmaqla bütün sosial siniflərə hədəflənmişdir. Üstəlik bu, düşünülmüşdür və vətəndaş müharibəsi başlamamışdan təcrübədən keçirilmişdir. Ağ Terror isə heç vaxt bu şəkildə sistemləşdirilməmişdir. Bu, hökumət kimi fəaliyyət göstərən, çox da müvəffəqiyyəti olmadan cəhdlər edən hərbi komandanlıq tərəfindən səlahiyyətləndirilməmiş və nəzarətdən kənar qalmış dəstələrin demək olar ki, daimi işi idi. Denikinin özünün təqsirləndirildiyi talan güzəşti olduqda Ağ Terror özünü hərbi əks-kəşfiyyat qüvvələrinin növü kimi aparan polis tərəfindən həyata keçirilən qisas silsiləsinə tez-tez çevrilirdi”
Edvard Radzinski buna əsaslanaraq razılaşır: “Qarşı tərəfdə cinayət olmadan cəzalrın verilməsi rəsmi etiraf siyasəti olarkən Denikin hökuməti öz əsgərləri tərəfindən olan heyvani vəhşilikdən dəhşətə gəlmişdi. 1918-ci il 5 sentyabrda Qərməzə Terror haqqında qərar çap edildi.”
Professor Donald Rayfild bunu genişləndirərək təsdiq edir ki, Stalin və onun cəlladları “yalnız “ukraynalı” anarxist Nestor Maxnoya və bəzi kazak dəstələrinə Qırmızı Terror həddində terror tətbiq ediblər.”

Tarixi əhəmiyyəti

Qırmızı Terror Rusiyada və bir-çox başqa ölkələrdə davam edən çoxlu kommunist terror kampaniyalarının birincisi kimi məhəmiyyət daşıyır. Tarixçi Richard Pipes-a görə o, həmçinin Rusiya vətəndaş müharibəsini ortaya çıxarmışdır. Menşevik Yulius Martov Qırmızı Terror haqqında yazır:
“Heyvan insan qanını yalayır. İnsan – ölüm maşını hərəkətə keçdi... Lakin qan qan törədər... Biz vətəndaş müharibəsinin vəhşiliyinin böyüməsinə, ondan istifadə edən insanların vəhşiliklərinin böyüməsinə görə günahkarıq.”
Qırmızı Terror termininə kommunistlər və kommunist yönümlü qruplar tərəfindən törədilən digər zorakılıq kampaniyalarında da istinad olunur. Konflik zamanı belə hərəkətlərə münasibətdə (və/və ya belə hrəkətləri izləyərək) qarşı tərəf də eyni hərəkətləri törədir.
Qırmızı Terror terminin istifadəsinə misallar:
·        Qırmızı Terror (Macarıstan) – 1919-cu il 24 iyunda Macarıstan Sovet Respublikası əleyhinə əks-inqilabi qiyama təhrik edilməkdə ittiham olunan 590 nəfərin edamı;
·        Qırmızı Terror (İspaniya) – İspaniya vətəndaş müharibəsi zamanı;
·        Qırmzıı Terror (Efiopiya) – Mengistu Haile Mariam-ın idarəçiliyi zamanı;
·        Çində Mao Tszedunq yazırdı: “Qırmızı Terror bizim bu əks-inqilabçılara mənəvi borcumuzdur. Biz xüsusilə müharibə zonalarında, sərhəd ərazilərində dərhal, cəld hər növ əks-inqilabi fəaliyyətə cavab verməliyik.”
·        2007-ci ilin noyabrında Qərbi Benqalda Nadiqramda Nadiqram vəhşiliyi Qərbi Benqalı idarə edən Hindistan Kommunist Partiyasına kinayə edən yerli adminstrasiyanın hadisəyə reaksiya verən tənqidçiləri tərəfindən Qırmızı Terror adlandırılmışdır. Hadisə mediada “”Qırmız Terror” kimi təsvir olunmuşdur.

 

Comments