Rok...

Rok party-də birlikdə şəbihsayaq headbang etdiyim özünü solçu adlandıranlara həsr edirəm

Rok azadlıq verir
Rok qızışdırır
Rok birləşdirir
Rok sevindirir
Rok sevdirir
Rok sevişdirir
Rok hədləri aşdırır
Rok özünü buraxdırır
Rok çılğınlaşdırır
Rok üsyana qaldırır
Rok devirir
Rok söyür
Rok zorlayır
Rok ruhu maddiləşdirir
Rok maddəni ruhlaşdırır
Rok yaxınlaşdırır
Rok dostlaşdırır
Rok uzaqlaşdırır
Rok ideologiyasızlaşdırır
Rok cəbhələşdirir
Rok qardaşlaşdırır
Rok çiyin-çiyinə qoyur
Rok inqilablaşdırır
Rok azadlıq verir

Comments