Nəsimi rayon Məhkəməsində qanunsuzluqlar

Bir-neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində tərəf kimi məhkəmə prosesində iştirak eləməli idim. Amma orda da Binəqədi rayon Məhkəməsində kimi zlərindən hoqqa çıxardıblar. Vətəndaşları qapıda gözlədib hakimin otağına özləri zəng vururlar. Təsəvvür edin, hakimə vətəndaşla danışmaq qadağandır, amma hakimlə qapıda duran polis-zad danışır. İndi o polis də maklerlik eləsə, görün korrupsiya qırağa, hakimin hörmət-izzəti haralara düşər.
Bunlar məni də qapıda gözlətdilər, üstəlik Nemət Pənahlının da məhkəməsi getdiyinə görə təhlükəli təhlükəsizlik tədbirləri üst səviyyəyə qaldırılmışdı. Mən də eləmə tənbəllik, telefonu əlimə alıb 1-2 şəkil çəkdim.



Bu, yəqin təzə hoqqanın bir tətbiq formasıdır.



Məhkəmə iclası açıqdırsa, nə vəsiqə?
Buna görə də polisin qabağında növbələr yaranır.
 
Piktoqrafik hədə ilə qadağa.
Bu da məntiqi davam - işğal olunmuş ərazi rayonlara bölünmür, sanki hamısına bir dövlət kimi baxırmışlar. 

Comments