Belə getsə...




Dövlətlər 2-ci dünya, 3-cü dünya dövlətləri kimi yox, aid olduqları əsrlə tanınacaqlar. Bu zaman da Avropanın inkişaf dövrləri əsas götürüləcək. Məsələn, Azərbaycana gələn biri deyəcək ki, “neçənci əsrdəsiniz?”, cavab verəcəyik ki, “14-cü əsrdə”. Yəni biz Avropanın mərkəzləşmiş dövlətlərin, manufakturaların yenicə yaranmağa başladığı 14-cü əsrindəyik. İranda 12-ci əsrdə, Ərəbistanda 7-ci əsrdə, Şimali Koreyada quldarlığın tüğyan etdiyi 2-ci əsrdə, Lesotoda 6-cı əsrdə, Somalidə e.ə. 2-ci əsrdə deyəcəklər bu suala cavab olaraq.

P.S. Bəlkə də, “Belə getsə...”ni bir silsilə kimi davam etdirəcəyəm.

Comments