Boşanmış qadın

 
Məhkəmədə nəzarətçi işləyirdim, icra işləri ilə də məşğul olurdum. İcra işlərinin də əksəriyyəti alimentdir. Aliment almaq çətin və icraçı üçün “ac”, yəni rüşvətsiz işdir. Amma bu işi icraçılar görürdülər. 2 səbəbdən: anaların üzlərinə salıb şikayətlə axıra kimi getmələrinə görə və bir də bu anaların “yiyəsizliyi”nə görə.
Orda ikinci dəfə Azərbaycanda boşanmış qadının nə demək olduğu həqiqəti ilə qarşılaşdım. Sadəcə dəhşətli gəlirdi mənə. Özlərini aliment puluna satan qadınların bir hissəsi öz kefindən, bir hissəsi isə çıxılmaz vəziyyətdə edirdi bunu. Mən işlədiyim şöbədə belə vəziyyət görmədim, amma başqa şöbələrdən az da olsa, xəbər tuturduq. Belə ki, “çıxılmaz vəziyyət”i yaradan həmin icraçılar idi. Alimenti atadan almır, alsalar da, saxlayıb qadına vermirdilər. Qadın pulu istəyəndə onu otağa salıb mundar təkliflərini edirdilər. Qadın bir müddət müqavimət göstərir, adətən sonda təslim olurdu və elə otaqdaca “işi həll edirdilər”.
Bəlkə də qadın təslim olmazdı, amma müraciət etmək üçün başqa ünvan, ümid etmək üçün başqa qapı olsaydı. Yox idi belə ünvan, qapı. O qadın tək olmalıdır Azərbaycanda. Çünki damğası var – boşanmış qadın.
Bu qadınlara hər yerdə münasibət fərqlidir – ayrıldığı əri və ərinin ailəsində, cəmiyyətdə, öz ailəsində, yeni quracağı ailədə.


Əri və ərinin ailəsi ilə adətən qırğındadır, ən yaxşı halda da əlaqəsi yoxdur. Əri ilə əlaqəsinin olmamasına normal baxmaq olar. Amma cəmiyyətdə, öz ailəsində, gələcək ailəsində...
Boşanmış qadının cəmiyyət tərəfindən qəbul olunması qaydası isə daha dəhşətlidir və bayaq təsvir etdiyim aliment alan analara münasibət də elə bunun tərkib hissəsidir. Dedim ki, öz şöbəmizdə o iyrənc təklifi görməmişdimsə də, onu görmüşdüm ki, aliment üçün gələn gənc ana içəri girəndə ona altdan yuxarı baxırdılar və bəzən sifəti heç yadda qalmırdı, soruşurdular ki, “keçən dəfə qırmızı yubka geyən xanımsız?” Eyni davranış məhkəməyə işi düşən başqa qadınlara olmur. Çünki onlar boşanmış deyillər.
Ümmiyyətlə, Azərbaycanda mentalitetdə və digər davranış qaydalarında insanlar insan sayılmır. Hərəsi bir statusla yaşayır. Məsələn, kişilər “subay oğlan”, “qardaş”, “ər”, “yaxşı oğlan”, “kürəkən”, “yeyib-içən oğlan” və s., qadınlar “gəlin”, “ana”, “bacı”, “qaynana”, “gəzən”, “açıq-saçıq”, o cümlədən “boşanmış” olurlar, yəni kimsə qadına qadın kimi, kişiyə kişi kimi baxmır, bu statusların daşıyıcısı kimi baxır. Sadaladıqlarımdan da görünür ki, qohumluqlar çıxılsa, kişilər daha çox müsbət, qadınlar isə mənfi sayılan statuslarla xatırlanırlar. Bu statusların hər birinin davranış qaydası müəyyən olunur və buna uyğun olaraq da insanlar status daşıyıcılarına münasibət göstərirlər. Boşanmış qadında isə davranış müəyyən olunmur, çünki ondan hər bir hərəkət gözləyirlər. Qısacası, etiraf edək ki, onlara cəmiyyətdə “potensial fahişə” kimi baxırlar. Ona görə də onların necə davranmasından asılı olmayaraq onlarla həmişə eyni cür davranırlar – işə düzəlmək üçün müraciət edəndə kişi müdirin gözündə çarpayı formasında qığılcım parlayır; oxuyursansa, tələbə yoldaşlarının “padxod”u artır və xeyli cəsarətlənirlər, sanki belə də olmalıymış (bunu öz boşanmış potok yoldaşımın timsalında görmüşəm); artıq işləyirənsə, kişi kolleqalar stoluna daha çox yanaşırlar, başqalarından yox, məhz səndən qələm, vərəq kimi mənasız “ehtiyac”larını istəyirlər və bunları digər ehtiyacın müjdəçisi sayırlar. Bakirəliyi alınmaz qala, təkcə insanın özünün yox, onun bütün kişi qohumlarının, nəslinin, soyadının, ölkəsinin, Qafqazın, getdiyi avtobusun sərnişinlərinin şərəfi, namusu, qeyrəti, qadının, onun qardaşlarının, atasının, anasının yaşaması üçün ürəkdən də vacib orqan hesab edən; insana ağlına görə yox, bir “pərdə”sinə görə qiymət verən; evlənmək üçün qadın seçərkən alnının ortasına (qaşının alınmasına) baxmaqla ayaqlarının arasındakı vəziyyəti təyin edən mentalitetdən elə bu gözlənilməlidir.

Məhəllədə vəziyyət 180 dərəcə dəyişir. Sən məhəllədən keçəndə söhbətlər kəsilir, əvvəllər səni məhəllənin namusu hesab edən qaqaşlar geyimin nə qədər qapalı olmasından asılı olmayaraq altdan yuxarı süzürlər, qadınlar əyri-əyri baxır, baxışları ilə səni aşağılayıb öz ərli vəziyyətləri ilə qürur duyurlar. Analar qızlarını tərbiyə edəndə səni xoxan yerinə qoyurlar ki, “baaax, atanın-ananın sözünə baxmasan, ərin də gələcəkdə səni boşayar, belə qalarsan”. Geyim demişkən, bunu da deyim ki, boşananda eyni yaşda olan qızlarla eyni cür geyinə bilməzsən, daha qapalı, mümkün qədər qapalı geyinməlisən, çünki eyni paltarın içindəki insanın artıq “boşanmış” damğası var.
Maraqlıdır ki, menatalitetin boşanmışlar üçün yenidən tanışlıq variantı yoxdur, sanki adət-ənənə onları cəmiyyətdən atılmış, toxunulmaz kasta hesab edir. Mentalitet boşanmış qadın üçün yeni terminologiya da formalaşdırıb. Bir oğlan dostun varsa, qızlar üçün “görüşür”, boşanmışlar üçün “gəzir” ifadəsi işlədilir, əgər bu oğlan subaydırsa, qınaqlar daha da artır və “sənin “camaatın arvadı” ilə nə işin var?” deyə oğlana irad tutulur; qız sevgilisindən ayrılsa “qismət deyilmiş” olur, boşanmış qadın sevgilisindən ayrılsa, “potensial fahişə” avtomatik olaraq “fahişə”yə çevrilir. Sevgilidən ayrılan qızı atan oğlan əclafdır, sevgilisindən ayrılan boşanmış qadının isə özü əclafdır, artıq onu açıq söymək, qarğamaq olar.
Demək olar ki, istisnasız belə hesab edirlər ki, boşanmada təqsir qadındadır. Mənim bir qohumum ərinin onu zincirdə saxlamağına görə evdən qaçıb, boşanıb. Amma bu hadisənin üstündən 18 il keçməsinə baxmayaraq hələ də həmin qadının özü iştirak etmədiyi məclisdə qadınlı kişili hər kəs onu təqsirləndirir – “özünü yaxşı aparardı, zincirlənməzdi; qadın döyülər də, söyülər də; kişiyə dözmək lazımdır; yaxşı qadın ər evindən qaçmaz; onun başqa fikri yox idisə, niyə qaçırdı? və s.” Belə hesab edilir ki, qadına ömründə bir dəfə şans verilir. Əgər bundan istifadə etəməyi bcarmadısa, cəzasını ömürlük çəkməlidir. Evlənənədək də kifayət qədər qadağaları olan qadın boşanandan sonra iş-ev marşrutundan kənara çıxsa, deməli, “fahişələşir”. Çünki onun və Qafqazın namusunun qoruyucusu bakirəlik artıq yoxdur. Bu gerizəkalılar inanırlar ki, əgər hansısa canlıda bakirəlik varsa, deməli, Allah da onlara etibar eləmir, bakirəlik və onun qoruyucuları olan ata, qardaş, nişanlı, ər olmasa, bütün qadınlar 10 yaşından 70 yaşınadək paylaya-paylaya gəzərmişlər. Özlərinin namusu hesab etdikləri varlıqlara bu qədər aşağılayıcı yanaşma bu düşüncədə olanların nə qədər namussuz olmasına sübut deyilmi? Boşanmanın qadının təqsiri olmasında qalmışdıq – qadınlar öz aralarında söhbət edəndə, əgər söhbətin qəhrəmanı iştirak edirsə, həmişə köhnə əri qarğayırlar, cadu etməkdə təqsirləndirilər, binəva özü söhbətdə iştirak etmirsə, ittihamlar onun üzərinə yönəlir – “biz kişi görməmişik? Bizi kişi döyməyib? Özü bir zibil olsaydı, boşanmazdı. Uşaq doğaydı (!)...” Ən adi anlayışlardır bunlar – evlənmə kimi boşanma da adi prosesdir, bir insanla ömürlük çürümək daha anormaldır, nəinki anlayışla vaxtında ayrılmaq, qarşılıqlı razılıqla, gülərüzlə ayrılmaq da olur, yəni ayrılanlardan biri hər zaman söyülməlidir deyə bir şey yoxdur... bu ən adi anlayışları da anlamayacaq qədər geriçi düşüncənin hakim olduğu ölkədəyik.
Məhəllə basqısından qaçıb girirsən qapıdan içəri, doğmalarının yanında bir ümid tapasan deyə. Düzdür, hər bir halda ailənin münasibəti boşanmışın əleyhinə olur (bu barədə aşağıda), amma qan çəkir, nə gözləsən, onlardan gözləyirsən. Onda da yeni xəyal qırıqlığı - əvvəllər nisbətən boş vaxtının olmasına anan atana göz vuraraq tolerant olurdularsa, indi hər ikisi tərs-tərs baxırlar, baxışlardan o oxunur ki, “indi ar edib bu söhbəti açmırıq, yoxsa biabır olarsan”. Sanki sən kitabxanada, parkda, dincəlməkdə, lap elə kimləsə tanışlıqda ola bilməzsənmiş.
Öz ailəsi onu silib sanki. Niyə silməlidir? Bizdə izdivaclar 2 cür alınır – adam özü həyat yoldaşını seçir, bir də ailəsi seçir. Qadın əgər özü seçdiyi kişidən boşanırsa, ailəsi tərəfindən top-tüfənglə qarşılanır ki, “biz deyənə getmədin”, əgər ailəsi seçdiyindən boşanırsa, onda da ailəsi onun əleyhinə çıxır ki, bizi biabır etdin, tanşlığımız-filan. Bunlar üçün bir insanın həyatı öz tanışlıqlarından, biabırçılıqlarından daha önəmsizdir. Buna görə də getməyə ata evindən başqa bir yeri olmayan qadın söyüşlərə, döyülmələrə, ölümlə hədələnmələrə, sərxoşla, narkomanla yaşamağa dözərək mümkün qədər boşanmamağa çalışır.
Boşandıqdan sonra artıq kişilərin başucalığını qoruyan bakirəlik yoxdur, öz analarına da şübhə ilə baxan kişilər yenə qollarını çırmayıb atılırlar ortaya ki, qeyrətlərini boşanmışın “çılğınlıqlar”ından qorusunlar. Sanki qadın fitrən fövqəladə cinsi ehtiras sahibidir, kişilər onu qorumasa, biabırçılıq olarmış. Bu qollarını çırmayan kişilərin önündə əlbəttə ki, qardaşlar gəlir. Bacı daim nəzarətdə olmalıdır, azca imkan tapmamalıdır ki, “papağımızı yerə soxsun” – sanki qadının “papaq”dan başqa problemi yoxmuş. İşə qədər yola salmaq, işdən evə qədər gətirmək, evdə üstündə daim nəzarət ... bunlar boşanmış qadının necə yenidən ərə getməsi haqqında nə düşünürlər görəsən? Yuxuda buta verilməlidir? Yoxsa Allah Cəbrayılın surətində nazil olmalıdır? Həmin qardaşlara görə vəziyyət yalnız 2 istiqamətdə mübarizədən ibarətdir – bacı kimləsə əlaqədə olmaq üçün dəridən qabıqdan çıxır, qardaş da bu cəhdlərin qarşısını alır, vəssəlam, həyat bundan ibarətdir. Özü də qardaşların bakirə bacılarının namusunu qoruması ilə boşanmış bacının namusunu qoruması arasında fərq var: belə ki, bakirənin namusu həm də ona görə qorunur ki, bakirəlik itməsin, amma boşanmşın namusu yalnız ona görə qorunur ki, “papaq” yerə girməsin, yoxsa ki, çox da veclərinə deyil, boşanmışın kimləsə münsibətinin olub-olmaması. Əminəm ki, bu namus qoruyucularının utopik arzularından biri odur ki, kaş bacılarını nəzarətsiz qoya biləydilər, bir şərtlə ki “papaq” yüksəkdə qalsın.

Ailədən bu münasibəti görəndə də üz tutursan ən yaxın adamın olan sevgilinə. Lakin o da... Ən yaxın hesab etdiyin adam da yoluxub bu xəstəliyə. Onun gözündə sən “öyrəncəli” adlanırsan – sən boşanmağı bilirsən, mənim də taleyim əvvəlki ərinin taleyi kimi ola bilər. Bu işin bəlkə də ən anlaşılmaz tərəfidir – yəni boşanmaq sanki bir cinayətdir və “cinayətkar” damğasını üstündən atmaq üçün illər lazım imiş. Uzaqbaşı yeni sevgilinlə az-çox anlaşıb evlənirsən. Amma heç cürə yeni ailəndə əvvəlki ailəndəki münasibəti görə bilməzsən. Çünki oğul artıq boşanmışla evlənib, qadın “ləkələnib”, “üstümüzə ləkə kimi gəldiyi bəs deyil, hələ dilinə bax bunun”... Hər sahədə məhdudlaşma – səbəb isə illər əvvəl boşanmaq imiş. Hünərin çatır, qaynananın bir sözünü iki elə, ailəyə “təmiz” gəlsəydin, güzəşt olunacaq şeylərdə də ən sərt münasibətlə üzləşəcən, çünki “boşanmış qadın” damğasını daşıyırsan.
Boşanmış qadınla boşanmış kişi arasında fərq isə uçurumdur. Boşanmış kişi ən əvvəl BOŞAMIŞ kişi adlanır, çünki kişi boşanmır, boşayır, çünki təqsir həmişə qadındadır. Boşanmış kişiyə cəmiyyətdə həmişə “əziyyətlər görmüş, qadın həyasızlığını kürəklərində daşımış, bir qancığa görə ailəsi dağılmış” əzabkeş kimi baxırlar, onun yeni ailə qurmasındakı yeganə maneə özü ilə qalan uşaqları ola bilər. İndi təsəvvür etmək düşüncələrimi zorlayır ki, boşanmış qadın uşağı ilə qalır və yeni ailə qurmaq istəyir.

Comments

  1. Evis kredit kredit sirk?t siz? baslamaq lazimdir h?r hansi m?bl?g borc haziriq
    Sizin s?xsi is. biz d? ?g?r, 3% faiz d?r?c?si il? kredit verm?k biz d? ev satmaq bil?r ayliq öd?nis evi almaq ist?yir?m
    S?n. bel? Xahis k?nd t?s?rrüfati k?nd t?s?rrüfati kredit üçün müraci?t. Siz kredit lazimdir ?g?r
    , Evisloanfirm@gmail.com çox s?b?bl?ri niy? ola bil?r: bizim e-poçt ?laq?
    gözl?nilm?z avtomobil v? ya ev t?mir - Siz b?zi ?lav? pul ?ld? etm?k lazimdir
    Sizin toy v? ya xüsusi bayram üçün öd?nilm?si. Lakin, bunun üçün lazim n?
    Yuxaridaki 100.000 ABS dollari $ 5000 ABS dollari arasinda borc zaman.

    Sirk?tin ixtisaslasma.
    1) 3% faiz d?r?c?si kredit verir.
    2) Biz d? sizin h?r hansi bir siz seçdiyiniz bir ev ala bil?r
    yer.

    ReplyDelete
  2. Təcili kreditə ehtiyacınız varmı? Kreditlə maraqlanan şəxslərə yaxşı niyyətlə kredit veririk. Ticarət planlaşdırma, ticarət və inkişaf maliyyələşdirmə, ipoteka və ipoteka, borc konsolidasiya kreditləri, biznes kreditləri, özəl kreditlər, tələbə kreditləri, faiz dərəcələrinə nisbətən faiz dərəcələrinin 3% -dək təklif olunmasını təklif edirik.
    Təhlükəsiz və təminatsız kredit üçün bizə müraciət edin. Maraqlanan namizədlər bizimlə əlaqə saxlamalıdırlar: fredmorefinance@gmail.com

    WhatsApp vasitəsilə əlaqə: +919654763221
    Hörmətlə,
    Cənab FREDMORE

    ReplyDelete
  3. FƏALİYYƏT ÜÇÜN İSTİFADƏSİZ ÜÇÜN ƏLAQƏDAR KREDİ TƏKLİFİ

    Salam,

    Maliyyə ehtiyaclarınız nədir?
    Ən azı 2,000,00 ABŞ dollarından maksimum 100,000,000,00 ABŞ dolları olan kreditlər verə bilərik. Bu da 1 ildən 30 ilədək çox aşağı faiz dərəcəsi ilə 3% -dir. E-poçt vasitəsilə bizimlə əlaqə saxlayın: constantloanfirm1@gmail.com və ya yakubovasergey@gmail.com


    Bir iş kreditinə ehtiyacınız varmı?
    Şəxsi kreditə ehtiyacınız varmı?
    Bir avtomobil almaq istəyirsiniz?
    Yenidən maliyyələşdirmək istəyirsinizmi?
    İpoteka kreditinə ehtiyacınız varmı?

    Biznes təklifinizi və ya genişləndirməni başlamaq üçün böyük bir kapitala ehtiyacınız varmı? Siz ümidlərini itirdiniz və heç bir çıxış yolu olmadığını düşünürsünüz və maliyyə yükləriniz hələ də davam edir?
    Mümkün biznes əməkdaşlığı üçün bizə müraciət etməkdən çəkinməyin

    E-poçt vasitəsilə bizimlə əlaqə saxlayın: constantloanfirm1@gmail.com
                                       constantloanfirm@yahoo.com

    ReplyDelete
  4. FƏALİYYƏT ÜÇÜN İSTİFADƏSİZ ÜÇÜN ƏLAQƏDAR KREDİ TƏKLİFİ

    Salam,

    Maliyyə ehtiyaclarınız nədir?
    Ən azı 2,000,00 ABŞ dollarından maksimum 100,000,000,00 ABŞ dolları olan kreditlər verə bilərik. Bu da 1 ildən 30 ilədək çox aşağı faiz dərəcəsi ilə 3% -dir. E-poçt vasitəsilə bizimlə əlaqə saxlayın: constantloanfirm1@gmail.com və ya yakubovasergey@gmail.com


    Bir iş kreditinə ehtiyacınız varmı?
    Şəxsi kreditə ehtiyacınız varmı?
    Bir avtomobil almaq istəyirsiniz?
    Yenidən maliyyələşdirmək istəyirsinizmi?
    İpoteka kreditinə ehtiyacınız varmı?

    Biznes təklifinizi və ya genişləndirməni başlamaq üçün böyük bir kapitala ehtiyacınız varmı? Siz ümidlərini itirdiniz və heç bir çıxış yolu olmadığını düşünürsünüz və maliyyə yükləriniz hələ də davam edir?
    Mümkün biznes əməkdaşlığı üçün bizə müraciət etməkdən çəkinməyin

    E-poçt vasitəsilə bizimlə əlaqə saxlayın: constantloanfirm1@gmail.com
                                       constantloanfirm@yahoo.com

    ReplyDelete
  5. Yaxşı gün

    Hər məqsəd üçün kredit lazımdır? Maliyyə probleminiz var? Maliyyə həllinə ehtiyacınız varmı? Bridge Finance, sərfəli faiz dərəcəsi ilə kredit təklif edir. Kreditlərimiz asan və tezdir. Lazım olan krediti əldə etmək üçün bu gün bizimlə əlaqə saxlayın. İstənilən krediti büdcənizə yalnız 2% faiz dərəcəsi ilə uyğunlaşdıra bilərik. Əgər istəyirsinizsə, dərhal (adrianbay0008@gmail.com) vasitəsi ilə bizimlə əlaqə saxlayın.

    ReplyDelete
  6. Do you need a genuine Loan to settle your bills and startup

    business? contact us now with your details to get a good

    Loan at a low rate of 3% per Annual email us:

    Do you need Personal Finance?

    Business Cash Finance?

    Unsecured Finance

    Fast and Simple Finance?

    Quick Application Process?

    Finance. Services Rendered include,

    *Debt Consolidation Finance

    *Business Finance Services

    *Personal Finance services Help

    Please write back if interested with our interest rate EMAIL: muthooth.finance@gmail.com
    Call or add us on what's App +91-7428831341

    ReplyDelete

Post a Comment