Təşkilatlanaq! (təkliflər seriyasından)


Təsviri yazılardan bezmişəm. Yazıya şərh kimi “bəs nə edək?” sualını elə özüm qoyuram. Bəlkə həll variantı təqdim edən yazılara keçək?! Ən yaxşısı ikisini də birlikdə dava etdirməkdir. Amma mütləq təkliflər səslənməlidir yazılarda. Yoxsa, müxalifət qəzetlərinin köşə yazıları kimi oxunaqlığı get-gedə azalacaq.

Ən ümumi problemlərə təkliflərdən başlaya bilərik – özü də ən ümumi təkliflərdən. Hakimiyyəti dəyişmədən islahat aparmaqla nəsə etmək istəyənlər elə burdaca yazını oxumağı saxlasalar, yaxşıdı. Bəs necə dəyişək bu əclafları?

Seçki, şikayət ərizələri, açıq məktublarla istefaya çağırış və s. kimi dinc üsullar bunlara keçsə idi, inanın ki, çoxdan dəyişmişdik. Onsuz da, sakit-mağmın xalqıq, göydə axtarırırq belə üsulları.

Əliyevlər göstərməkdən beziblər ki, belə üsulla gedən deyillər. İndi bizim camaat Qəddafinin on minlərlə insanı öldürməsinə baxanda deyirlər ki, “Allaha and olsun, bizimki bundan da pisini edəcək”.

Heç də “hakimiyyəti zorakı yolla devirməyə çağırış” eləmirəm. Baxıram ki, əhalisini qıran diktatorları beynəlxalq təşkilatlar, böyük dövlətlər qeyri-legitim kimi tanıyırlar. İnsanı məhv etmək yalnız onları öldürməklə ifadə olunmur. Bu yaxınlarda öyrəndim ki, AXC(P) 1000-ə yaxın siyasi məhbus verib. O insanlardan məhv olanlar da yəqin xeyli saydadır. Əliyevlər nə qədər insanı mənən, maddən, cismən məhv edib – saymaqla bitməz.

Onsuz da bunlar seçkiləri saxtalaşdıraraq, büdcəni dağıdaraq, ölkəni, dövləti məhv edərək o qədər cinayət ediblər ki, qeyri-legitimliyi çoxdan haqq ediblər. Yəni bunları devirmək lazımdır, seçki-zad yalnız bəhanə ola bilər, bunlar xalqın əzələsi ilə devriləcəklər.

Bunun üçün nə etmək lazımdır bəs? Xalqın əzələsi – bir boksçunun yox. Yəni təşkilatlanmaq lazımdır, T Ə Ş K İ L A T L A N M A Q. Bu mütləqdir, tək əldən səs çıxa bilər, amma səsdən başqa nəsə çxmaz. İnsanların rəsmi təbliğatla kütləvi savadsızlaşdırılması və vicdansızlaşdırılmasına qarşı mübarizə aparmalı, daha çox insanı təşkilatlarımıza cəlb etməliyik.

İnsanlara vicdan və savad olduqda və bu vicdanlı, savadlı, təşkilatlanmış insanlarımız çox olduqca biz daha da qarşısıalınmaz olacağıq. Hakimiyyətin görünməyən təşkilatı bu vicdansız və savadsız insanlardır. Çünki rəsmi təbliğat üçün “qoşulmayanalar”ı mümükün qədər artırmaq hədəfdir.

Ona görə də “mənim üçün YAP-la AXCP-nin, Müsavatın fərqi yoxdur” deyənləri əminliklə hakimiyyətin həmin görünməyən təşkilatlanmasının tərkib hissəsi hesab edə bilərsiniz. Özünü dahi sayanlar, qorxaqlar, yaltaqlar – fərqi yoxdur hansı belə söz desə, bilin ki, o, həmin gizli təşkilatlanmanın KÖLƏsidir – bilrəkdən və ya bilməyərəkdən.

“Neytral”, “bitərəf” qalaraq vicdanszların, savadsızların gizli təşkilatlanmasına qoşulmaqdansa, vaxtında safınızı bəlli edin.

P.S. Yuxarıda AXCP və Müsavatın adını sözgəlişi dedim, başqa təşkilatlar da ola bilər, əsas odur ki, safınızı bəlli edin.

Comments