http://president.az/ saytına yazırlar




- “Mənzil-kommunal təsərrüfatı işçilərinin diqqət yetirməməsi nəticəsində binamız baxımsız vəziyyətə düşmüşdür. Ancaq sakinlər Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət etdikdən sonra 2010-2011-ci illərdə binanın xarici görkəmində və ətraf ərazisinin abadlaşdırılmasında çox müsbət dəyişikliklər olmuşdur.” Rövşən Ələskərzadə, Rəşid Hüseynov və başqalarından;
- “Cənab Prezident! Siz hər bir azərbaycanlı ailəsinin ən fəxri üzvüsünüz.” Nəriman Hüseynov və başqalarından, Masallı rayonu;

- “Cənab Prezident, Allah Sizi qorusun!” Ənvər Mansurovdan, Moskva, Rusiya;

- “Hörmətli cənab Prezident! Sizi əmin etmək istəyirik ki, biz təhsil işçisi olaraq gələcəyimiz hesab edilən şagirdlərimizin ümummilli liderimizin nümunəsində tərbiyə olunmasına, onun zəngin irsinin dərindən öyrənilməsinə var qüvvəmizlə çalışacağıq.” Qaradağ rayonu E.Həsənov adına 139 nömrəli tam orta məktəbin kollektivi adından İ.Ə.İsmayılov, S.Q.Mirzəyeva, Ş.A.Hüseynova, M.Ə.Hüseynli, Q.M.Quliyeva;

- “Siz ki bu dövlət üçün ailə üzvülərinizlə birlikdə gecə və gündüz yorulmadan çalışırsınız” Ənvər Əliyevdən, Zəngilan rayonu;

- “Hörmətli Prezident! Sizə salamlarımı çatdırıram.” Fərahim Hüseynovdan, Bərdə, Azərbaycan;

- “Bu günlərdə - ulu öndərin respublikada rəhbərliyə gəlişinin 42-ci ildönümü ərəfəsində H.Əliyev meydanında 42 metr hündürlükdə dövlət bayrağı böyük təntənə ilə qaldırılmış, rayonun “elektron” giriş qapısının açılışı olmuş, şəhid ailələri və Qarabağ əlilləri üçün yaşayış binası istifadəyə verilmişdir. Bütün bunlar biz, yaşlı nəslin nümayəndələrini ürəkdən sevindirir.” Dostu Qəhrəmanova, Xalid İxtiyarov və Qənirə Abbasovadan, Zərdab, Azərbaycan;

- “Hörmətli Prezident, Yol çəkmək, körpü tikmək qədimdən savab iş sayılıb.” Bərdə ağsaqqallarından, Bərdə, Azərbaycan;

- “İndi Azərbaycan, onun prezidenti olaraq Siz dünyada ən etibarlı tərəfdaş kimi tanınırsınız.” Sumqayıt sakinlərindən, Sumqayıt, Azərbaycan;

- “Sizin rəhbərlik etdiyiniz bu ölkə bütün sahələrdə böyük və mütərəqqi inkişaf əldə etmişdir.” Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadədən;

- “Son illər mənim sənətdə əldə etdiyim bütün uğurlar şəxsən Sizin - əziz və möhtərəm Prezidentim İlham Əliyev cənablarının adı ilə bağlıdır.” Nisə Qasımovadan, Bakı, Azərbaycan;

- “Şuşalı gənclər bütün qələbələr üçün Sizi təbrik edir.” Şuşa rayon gəncləri adından, Bakı, Azərbaycan;

- “Möhtərəm Prezident, inanırıq ki, Eurovision kimi mötəbər müsabiqədə qazandığımız qələbənin davamını Sizin sayənizdə gələcək illərdə də çox görəcəyik.” Xalq artistləri Zemfira Nərimanova və Firəngiz Mütəllibovadan, Bakı, Azərbaycan;

- “Hər vaxtınız xeyir, hörmətli və sevimli Prezidentimiz! Bəlkə də bu məktub Sizə çatmayacaq, lakin mən səmimi-qəlbdən Sizə uzun ömür və sona qədər Azərbaycanı idarə etməyinizi arzulayıram.” Ərrəhman İsman oğlu Nuruyevdən, Novosibirsk, Rusiya;

- “Sağ olun! Sağ olun! Çox sağ olun! (Azərbaycan dilində) Çox sağ olun!” Hiroşi Haradan, Naqareyama şəhəri, Yaponiya.

Comments