Feb 28, 2011

Fantastika və ötəsi



Xəbərlərdən oxudum ki, Liviyada qiymətlər fantastik həddə qalxıb. Və misal verilib – düyü 500% bahalaşıb.
Elə bu? 500-cə %. Mırtdılar ee.
Azərbaycanda 2006-dan bəri bəzi məhsulların qiymətləri 800-1000% qalxıb. Heç cınqırımız çıxır?
Liviyada o qədər qırğın olub, xaosdur, vətəndaş müharibəsidir, ölkə 2 yerə parçalanıb. Demək olar, bütün dövlətlər onlara embarqo tətbiq edir.
Amma bizdə “sabitlik”, “analoqsuz iqtisadi inkişaf”, “uğurlu daxili və xarici siyasət” şəraitində qiymətlər onlarla dəfə artıb. Heç vecimizədir?
Fantastik ee. Əgər Liviyadakı fantastikdirsə, onda bizdəki nədir? Bunu ifadə etməyə söz var?

Feb 26, 2011

Düşük siyasət



Əsəbləşirəm ee bunların bu düşüklüyünə. Obama liviyaya qarşı sanksiyalar imzalayırmış. Ay amaaaan. Qəddafi intihar edəcək bu imzadan sonra.
İraqa girmək lazım olanda nəisə gözləməyə ehtiyac yox idi. Amma qəddafinin bu qədər qəddarlığının cavabı bir sanksiya imzalamaq oldu. O da nə qədər xahiş, minnət, qırğından sonra.

Feb 24, 2011

Möhtəşəm qisas



-         Qancığın qızı. Qəhbə. Nəslini s.kəcəm sənin. Götür cırıqlarını da, cəhənnəm olun burdan.
Qadın ağlayır, zərbələrin ağrsından çox mənəvi ağrılarının dözülməzliyini hiss edirdi. Ard-arda başına dəyən şapalaqların, belinə, böyrünə dəyən təpiklərin, üstünə atılan stulların, boşqabların fonunda 3 qızının hərəsi evin bir küncündə ağlayır, üzlərini örtmüş əllərinin arasından dəhşətlə evlərində mütəmadi təkrarlanan mənzərəyə baxırdılar.
Ataları artıq saylarını itirmiş hesabda analarını yenə döyürdü. Döyülməyə “səbəbkar” qız isə elə hönkürtü ilə ağlayırdı ki, 10 aylıq qardaşları da oturduğu yerdə təəccüblə ona baxırdı. Evin kişisinin isə gözü qızmışdı. Uşağın hönkürtüsü bezdirdi onu. Nər kimi 4 uşağından üçüncüsü olan – abortun gecikdirilməsinə görə doğulmuş qızına sarı döndü. Saçlarından tutub qaldırdı. Qızın ayaqları yerdən üzüldü. Çığırtısı aləmi götürdü.

“Demokrat” səsverənlər



O gün facebook səhfələrindən birində keçirilən müsabiqəyə baxıram. Uşaq şəkillərini qoyublar, “bəyənmə”-lərlə səs verirlər. Hər kəs tanış-tunuşu çağırır ki, gəl mənim uşağıma (ya da qardaşı uşağı-filan) səs ver, qalib olum. Bütün səsvermələrimiz kimi bu səsverməmiz də tipik “de gəlsin”, “toylar kralı”, “yeni ulduz”, “yumor kuboku”, “muğam” səsvermələri stilindədir.
Hər kəs öz yerlisinə, qohumuna, tanışına ... səs verir. Düşünən yoxdur ki, müsabiqənin adı nədir, biz əslində nəyi seçirik, hansı keyfiyyət, qabiliyyət səsin verilməsində əsas rol oynayır.

"yeni ulduz"a görə məktəbdə korrupsiya



bakı şəhəri nərimanov rayonu 47 saylı orta məktəbdə "yeni ulduz" üçün kontur yığılıb. belə ki, direktor müavinlərindən biri "yeni ulduz"un finalına çıxanlardan birinin 47 saylı məktəbin şagirdi olmasının "əsas" gətirərək hər bir şagirddən kontur tələb edib. kontur yığılması məcburi qaydada həyata keçirilib. bir valideyn təhsil nazirliyinə korrupsiya şikayəti verib.

Feb 23, 2011

40 qəpik



“İçərişəhər” adına “bakı soveti” metrostansiyasında təmirdən sonra tualet açıblar. O gün ikinci dəfə ora getdim. Birinci dəfə fikir verməmişdim. Tualet elə bil 60 yaşı olan məktəbn tualetidir, sadəcə üstünə bəzəyib yeni göstərirlər. Suyu çəkmək mümkün deyil, sadəcə işini görüb başqaları kimi iylənə-iylənə qoyub gedirsən. Hər yer kəskin xlor iylənirdi.

Feb 22, 2011

Cabbarın həbsi özünüsenzuranı necə azaldır?

Cabbar Savalanın tutulması ilə bəzi məsələlərdə dəyişikliklər oldu. Nəzərimə çatdıqca yazıram bunlardan.
Cabbar tutulana qədər hesab edirdik ki, özünüsenzura yalnız nəzarətdə olanlar üçündür. Amma indi aydın oldu ki, senzuraya düşən sözlər müəyyənləşdirilib və bütün şəbəkə boyu bunlar axtarışa verilir.

Feb 21, 2011

3 000 000 – 100 000 = 200 000



İş yoldaşım danışır ki, tanışıma iş təklif ediblər. Oğlanın dediyinə görə kinomatoqrafiya ilə bağlı nəisə layihə həyata keçirilir, büdcədən xeyli pul ayrılıb.
Bunun tanışına da təklif ediblər ki, 300 000 manatı götür, get işlə, özünə də o 300 000-dən götürdüyünü götürərsən. Bu başına döndüyüm də hesablayıb ki, 100 000 özünə götürüb qalanını da təyinatına uyğun xərcləyər.
Amma bir şərt qoyublar. Qabağına kağız qoyublar ki, buna qol çək, 300 000-i götür. Görüb kağızda 3 000 000 manatdır. Məlum olub ki, son ünvandakı yeyilmələrə və təyinatı üzrə xərclənmələrə qədər büdcədən ayrılan məbləğin artıq 90%-i yeyilib.
100 000 yeməyə iştahı olan qardaş da 2 700 000 manatın altına düşmə qorxusu ilə işdən  imtina edib.

Feb 20, 2011

İnanc səmimiliyi və ya səmimi məcburiyyət



Seymur Baycanın məhərrəmlik haqqında yazısı (xatirələri) insanların SSRİ dövründə qadağalara baxmayaraq aşura qeyd etməsindən bəhs edir. Bunlar səmimi, mollasız, qorxusuz-filansız inana bilən insanlardır.
Bu səmimi inanc insanların ehtiyacıdır. Bəzən bu ehtiyac o qədər güclü olur ki, hətta inandıqlarını da eqosu, ehtiyacı uğruna tapdalayıb keçir.

Mübarəkin Xırdalandakı heykəlinə hücum



Dünən axşam eşitdiyim, lakin dəqiqləşdirə bilmədiyim məlumata görə bir kişi əlində balta ilə Mübarəkin Xırdalanda Misir parkında yerləşən heykəlini dağıtmağa cəhd göstərmiş, lakin polislər tərəfindən qarşısı alınmışdır.

Xatırladım ki, Mübarək istefa verən kimi həmin heykəlin qorunmasına xeyli polis səfərbər olunmuş, parkın bütün giriş-çıxışları bağlanmışdır. Aşağıdakı şəkilləri Mübarək istefa verəndən bir-neçə gün sonra çəkmişəm. Həmin vaxt parkın ətrafında 4-5 polis maşını və azı 20-25 polis var idi.