Elşad Abdullayev seçkilər barədə


"Azərbaycan tarixində 96% səslə deputat seçilən yeganə adam mənəm. Amma səsləri oğurladılar, seçkini saxtalaşdırdılar. Mən səslərim uğrunda mübarizə apardım. Şikayət elədim. Axıra qədər də gedəcəm. Belə şey heç vaxt görünməyib. 96%-i necə saxtalaşdırmaq olar?! Xalq məni seçmişdi. Gedin, kimdən istəyirsiz, soruşun, o dairədə hamı məni deputat görmək istəyirdi. Amma imkan vermədilər." (c) Elşad Abdullayev

2005-ci ildə Elşad Abdullayev mənə dərs deyirdi - İnzibati hüquqdan. 2 semestr boyu yalnız "Giriş" mühazirəsini deməyini qoyaq bir kənara. Seminarlarda həmişə əsəbi halda yuxarıdakı sözləri deyərdi. BDU-nun 2007-ci il məzunları səmimi olsalar, təsdiq edərlər ki, tələbələri bu sözlərlə bezdirmişdi.

Comments