Jun 12, 2012

İlham Əliyevin “ana-bacı söhbəti”


“Eurovision 2012”-nin Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva idi. “Sing for democracy”-nin təşkilatçısı Emin Hüseynov idi. İlham Əliyev Mehriban Əliyevanın əri və Azərbaycan Respiublikasının diktator prezidentidir, Mehman Hüseynov isə Emin Hüseynovun qardaşı və fotoreportyor, jurnalistdir.

“Eurovision 2012”-nin sayəsində İlham və Mehriban Əliyevalar Azərbaycan Respublikası büdcəsini böyrü üstə qoydular, milyardlar sovurdular, insanların mülkiyyət və sair hüquqlarını tapdaladılar, acıq olsun deyə, siyasi məhbusları azad etmədilər, repressiyanı davam etdirdilər. Emin Hüseynovun təşkilatçısı olduğu “Sing for democracy” kampaniyası isə həm də Mehman Hüseynovun fəal iştirakı ilə Əliyevlərin bu hüquqazidd hərəkətlərini ifşa etdilər, dünyaya yaydılar, bu kampaniyanın sayəsində Avropa əhalisi nəinki Azərbaycan, həm də “Eurovision” barədə məlumat aldılar, bildilər ki, Avropanın cənub-şərq ucqarında nə biabırçılıqlar olur, Azərbaycan barədə yazmayan məşhur mətbu orqan qalmadı.

İlham Əliyev arvadı Mehriban xanımın başçılıq etdiyi Komitənin təşkil etdiyi müsabiqənin gizlin rüsvayçılıqlarını açığa qovuşduran kampaniyanın rəhbəri olan Emin Hüseynovdan qisasını da məhz bu qohumluqları nəzərə alaraq, aldı. Yəni mentalitetorların məhəllə davranışı kimi “ana-bacı söhbəti”nə girişdi. Yəni “sən ki mənim arvadımı biabır etdin, mən də sənin qardaşına zülm verərərm”.

Çox şey deməyə ehtiyac yoxdur. Sözüm islahat, tədrici dəyişiklik tərəfdarlarına “light”, şən, maarifçi tiplərədir. Bu düşüncə sahibi ilə, onun başçılıq etdiyi hökumətlə, onun kaprizlərini konstitusiyadan üstün sayan rejimlə nə danışıq, nə islahat, nə güzəşt?