Sep 23, 2013

Kürdəxanıdan məktublar - 7

Vicdanlı, Ədalətli və Cəsarətli hüquqşünas.

2012-ci ilin sentyabrında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi (bandotdel) məni oğurlayanda Əsabəli Mustafayevin ardınca yeni vəkil qoşuldu işimə - Aslan İsmayılov. Almaniyada yaşayan oğlu xahiş etmişdi ki, məni müdafiə etsin.O vaxta qədər barəsində mətbuatda oxuduğum məşhur vəkillə “Bandotdel”də görüşdüm - müstəntiqin otağında. Müstəntiq saxlanma şəraitimi tərifləyirdi.O vaxt yeni təmir olunmuş təcridxanada saxlanma şəraiti yaxşı idi. Mən müstəntiqi təsdiqlədim. Müstəntiq Aslan müəllimə döndü: -Görürsüz, Aslan müəllim? Zaur şəraitindən razıdır. Vəkilim heç vaxt unutmayacağım cavab verdi: -Əla. Allah sizin də balalarınıza qismət eləsin, gəlib bu yaxşı şəraitli yerdə qalsınlar.

Sep 18, 2013

Kürdəxanıdan məktublar - 6

Bu yazı, Zaur Qurbanlının vəkilinə əzbər şifahi danışması əsasında sonradan vəkil tərəfindən yazı şəklinə salınmışdır.






Darvin haqqında qısaca 


Əlbəttə ki, nəyinsə haqqında 100 cür şərh eşitməkdənsə , həmin şeyin özü ilə tanış olmaq yaxşıdır. Ona görə də əziyyətlə Bibliyanı, Quranı oxumağa çalışmışam. Haqqında ən çox uydurmalar deyilən kitablardan birini də nəhayət  bir neçə ay əvvəl türkiyə türkcəsində tapıb oxudum : “Çarlz Darvin “- “Növlərin mənşəyi” . Özü də lap vaxtında oxumuşammış. O günlərdə bir xanıma yaxından tamaşa eləmək şansım oldu. Xanım o qədər mükəmməl gözəlliyə malik idi ki, az qala Harun Yəhyavari Allaha inanacaqdım. Amma təbii seçmə haqqında Darvinin fikirlərini oxudum və xanımı qabağıma çıxartdığına görə təsadüflərə təşəkkür elədim.