Oct 30, 2015

Uşaqlıq



Tiflisdə Tülkü gölü var. Şəhər kənarında balaca göldür. İyunda həyat yoldaşımla getmişdik ora. Millət var idi sahildə. Əksəriyyət girmirdi suya. Biz bir az suya girdik, səbəbini bildik. Su çox çirkli idi. Yosun, ağac qabığı qırıqları-filan o qədər idi ki, sudan təmiz çıxmaq mümkün deyildi. Qurşağımıza qədər getdik, ardınca getmək istəmirdik, həm də iyrənirdik. Bir az qabaqda suyun ortasında dəmir var idi. Balaca (6-12 yaş) uşaqlar çıxıb dəmirə, gölə kəllə vururdular. Heç bir qayğısız bu qədər çirkin içinə başı üstə girirdilər. Günel dedi ki. "Heç nə veclərinə deyil, çirk-zad. Biz də özümüzə dərd eləmişik". Və biz də qabağa gedib o çirkli suya baş vurduq. Əslində o qədər təmiz su görməmişdim həyatımda.