Dec 7, 2015

Vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi

Yenə “vətəndaşlığın itirilməsi” adı altında vətəndaşlıqdan məhrumetmə barədə müddəalar qanunvericiliyə hüquqazidd olaraq, əlavə edilir. Bir müddət əvvəl də belə bir şey olmuşdu. Belə ki, 30 may 2014-cü il tarixli ““Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna əsasən, vətəndaşlığın itirilmə əsasları olaraq, aşağıdakılar göstərilib:


1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.